Ramin Nəsibov Türkiyəyə əməliyyata gedir

XƏBƏR 5 Mart 2009 / 15:25 2297
-  A +

"Simurq"un üzvü Ramin Nəsibov Türkiyədə əməliyyat olunacaq. Qol.Az-ın “Simurq”un rəsmi internet saytına istinadən verdiyi məlumata görə, əvvəlcə futbolçunun cərrah müdaxiləsinə ehtiyac olmadığı söylənilsə də, sonradan məlum olub ki, Raminin sol ayağının xaçvari bağları qırıldığından mütləq əməliyyat olunmalıdır. Klub rəhbərliyi isə Nəsibovu Tükiyəyə göndərməyi qərara alıb. Hücumçunu İstanbuldakı “Acıbadəm” klinikasında, məşhur cərrah Ömər Taşar əməliyyat edəcək. Buna qədər dəfələrlə müxtəlif ölkədən olan futboçuların analoji zədələrini sağaldan Taşar Türkiyənin ən məşhur həkimlərindən hesab olunur və peşəkar karyerası ərzində minlərlər bu cür əməliyyat keçirib. Bu gün gecə saatlarına İstanbula yollanacaq futbolçu özü də əməliyyatın uğurlu keçəcəyinə və tezliklə sıraya dönəcəyinə inanır: “Ömər Taşarı bütün dünyada tanıyırlar. Futbolçu dostlarım, mənim kimi zədələri olan məşhur oyunçular əməliyyat üçün məhz onun yanına gedirlər ki, bu həkimin də biliyinə şübhə yoxdur. Yoldaşlarımdan biri ağır zədə almasına rəğmən, Taşarın əməliyyatından cəmi 3 ay sonra rəsmi oyunlarda meydana çıxırdı. Klub rəhbərliyinə minnətdaram ki, məhz “Acıbadəm” klinikasını və Ömər Taşarı məsləhət bildilər. İnanıram ki, əməliyyat uğurlu keçəcək və tezliklə sıraya dönüb "Simurq"a kömək edə biləcəyəm".
Sabah İstanbulda olacaq Raminin əməliyyatdan bir neçə gün sonra Azərbaycana dönəcəyi gözlənilir


Son xəbərlər