Badri Kvaratsxeliya: “Karvan” güclü rəqibdir”

XƏBƏR 5 Mart 2009 / 14:55 2265
-  A +

“Son turda “Qarabağ” üzərində çox mühüm qələbə qazandıq. Buna görə də hazırda komandamızın düşərgəsində əhval-ruhiyyə çox yaxşıdır”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Standart”ın baş məşqçisi Badri Kvaratsxeliya deyib. Gürcü mütəxəssis bildirib ki, “Standart”la oyuna tam heyətlə hazırıaşırlar: “Qarabağ” üzərində qələbə qazanmaqla hamıya sübut etdik ki, biz futbol oynamağı, nəticə qazanmağı bacarırıq. Bu qələbə futbolçulara qarşıdakı oyunlar öncəsi əlavə stimul verib. “Karvan”la oyuna da ciddi hazırlaşırıq. Məşqlərimiz yaxşı keçir. Sevindirici haldır ki, komandamızın heyətində zədəli və ya cəzalı futbolçu yoxdur”.
B.Kvaratsxeliya rəqib komanda haqda da fikirlərini bildirib: “Karvan” güclü rəqibdir. Digər tərəfdən də son iki matçda uduzduqlarından, bizlə oyunda qələbə qazanmaq üçün daha çox səy göstərəcəklər. Çalışacaqlar ki, ardıcıl üçüncü görüşdə məğlub olmasınlar. Bununla belə, biz də meydana qələbə qazanmaq üçün çıxacağıq. Çalışacağıq ki, ardıcıl ikinci görüşdə də meydanı 3 xalla tərk edəcək”.  

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın