978 gün sonra nə olacaq?

XƏBƏR 5 Mart 2009 / 14:01 2314
-  A +

Premyer Liqanın XVII turu çərçivəsində keçiriləcək "Bakı" - "Qarabağ" oyunu ərəfəsində Ağdam klubunun rəsmi internet səhifəsi maraqlı statistika açıqlayb. Məlum olub ki, bu komandalar arasında Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmuş və qol vurulmuş son oyundan artıq 978 gün keçir. Yəni tərəflər bu şənbə günü qolsuzluq seriyasının qırılması üçün də yarışacaqlar. Bu klublar və onların sələfləri arasında keçirilmiş 25 oyunda aşkar favorit də yoxdur. Tərəflərin 8 qələbəsini 9 heç-heçə ayırır. Bəs bu dəfə necə olacaq? Bunu zaman göstərəcək.

Mənbə: pfl.az
 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı