PFL qərarını verdi: "Muğan" - "Xəzər-Lənkəran" oyunu Salyanda olacaq

XƏBƏR 5 Mart 2009 / 12:44 2448
-  A +

Salyan Olimpiya Kompleksinin stadionunda təmir işləri başa çatıb. Bu o deməkdir ki, yerli "Muğan" klubu Premyer Liqanın XVII turu çərçivəsində "Xəzər-Lənkəran"a qarşı ev oyununu məhz burada keçirəcək. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı məlumata görə, bu gün səhər stadionu təftiş etmiş Peşəkar Futbol Liqasının Texniki-İdman Şöbəsinin komissiyası, meydançanın vəziyyətini yararlı hesab edib.
Əlavə edək ki "Muğan" - "Xəzər-Lənkəran" oyunu saat 15.00-da başlanacaq.
 


Son xəbərlər