Millimizin oyunlarında türkiyəli hakimlər

XƏBƏR 5 Mart 2009 / 12:15 2257
-  A +

Xəbər verdiyimiz kimi, 19 yaşadək qızlardan ibarət Azərbaycan millisi aprelin 23-dən 28-dək Avropa çempionatının seçmə mərhələsinin elit raundunda iştirak edəcək. Millimiz Portuqaliya, Uels və Fransa komandaları ilə eyni qrupda mübarizə aparacaq. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumta görə, artıq bu qrupun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
 
Referilər:
Hilal Tosun (Türkiyə)
Silviya Spinelli (İtaliya)
Ester Azzopardi (Malta)
 
Referi köməkçiləri:
Sibel Yamac (Türkiyə)
Ramina Santuari (İtaliya)
Qlen Tonna (Malta)
 
Hakim-inspektor:
İnqrid Conson (İsveç)
 
Xatırladaq ki, millimizin mübarizə aparacağı 3-cü qrupun oyunları Portuqaliyanın Luso şəhərində keçiriləcək.
U-19-un elit raunddakı oyunlarının təqvimini bir daha diqqətinizə çatdırırıq:
23 aprel
Azərbaycan – Portuqaliya
 
25 aprel
Uels – Azərbaycan
 
28 aprel
Azərbaycan – Fransa

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord