Xodukindən Xaqani Məmmədova sərt cavab

Xodukindən Xaqani Məmmədova sərt cavab
XƏBƏR 5 Mart 2009 / 12:04 2413
-  A +

“Mən bu cür söz-sözbətlərə fikir vermirəm. Başqalarının nə dedikləri məni maraqlandırmır”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “İnter”in baş məşqçisi Valentin Xodukin deyib. Ukraynalı mütəxəssis komandanın oyunçusu Xaqani Məmmədovun heyətə düşməməsi ilə bağlı narazılığına cavab verərərkən bildirnb ki, hücumçu yalnız oynamağa hazır olacağı halda, meydana çıxacaq: “Mən komandanın durumuna diqqət yetirirəm. Əgər Xaqani “Qəbələ”yə qarşı oynamağa hazır olsa, meydana çıxacaq. Əks halda isə yenə də oynamayacaq. Buna görə də hansısa futbolçunun fikri mənim üçün əhəmiyət kəsb etmir. Əgər futbolu belə gözəl bilirsə, onda gəlib komandaya rəhbərlik etsin. Futbolçuların hamısı mənim üçün eynidir. Komandada mənim nə sevimlim var, nə də qohumum. Zəif oyunçunu heç vaxt heyətə salmayacağam. Güclünü isə ehtiyatda saxlamaram. Bir daha deyirəm, hazır olsa meydana çıxacaq. Vəssəlam”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın