Berti Foqts: «Azərbaycan və Rusiya əvvəl qardaş idi, indi isə rəqib»

Berti Foqts: «Azərbaycan və Rusiya əvvəl qardaş idi, indi isə rəqib»
ÖLKƏ FUTBOLU 5 Mart 2009 / 11:11 2711
-  A +

Frankfurt şəhərində təlim-məşq toplanışı keçirən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Rusiyanın “Sport-Ekspress” qəzetinin əməkdaşına müsahibə verib. Müsahibəni təqdim edirik.

- Almaniya milli komandasının baş məşqçisi olduğunuz vaxt 1996-cı ilin Avropa çempionatının final mərhələsində Rusiya millisinə 3:0 hesabı ilə qalib gəldiniz. Oleq Romantsevin başçılıq etdiyi həmin Rusiya ilə Qus Hiddinkin rəhbərlik etdiyi indiki millini müqayisə edə bilərsiniz?
- Müqayisə etmək olmaz. 1996-cı ildə başqa komanda idi. Elə futbol da fərqli idi, indi olduğu kimi deyildi. İndiki Rusiya milli komandası dünyanın ən güclülərindən biridir. 1996-cı ildə də güclü idi. Buna baxmayaraq, qrupdan çıxa bilməmişdi.
- Moskvada keçiriləcək Rusiya - Azərbaycan oyununda qarşınıza hansı vəzifə qoyulub?
- Biz müsbət nəticə əldə etmək istəyirik. Hərçənd, bunun asan olmayacağını da başa düşürük. Çalışacağıq ki, əlimizə düşən bütün imkanlardan yararlanaq.
- Moskvada bir və ya üç xal götürmək ehtimalınız nə qədərdir?
- Futbolda çox şey mümkündür. Bu oyundur və 90 dəqiqə davam edir. Bu müddətdə çox şeylər baş verə bilər.
- Moskvada az azərbaycanlı yaşamır. Onların “Lujniki”dəki dəstəyinə bel bağlayırsınız?
- Azərbaycanlılar hər yerdə çoxdur və onlar böyük həvəslə azarkeşlik edirlər. Moskvada sanballı dəstəyimizin olacağına şübhə etmirəm.
- Qus Hiddink hazırda “Çelsi”dədir. Necə düşünürsünüz, bu, Rusiya millisinin rəqiblərinə hər hansı üstünlük verir?
- Hiddink hazırda dünyanın ən güclü məşqçisidir. Belə olmasaydı, o dünyanın ən güclü millilərindən birini çalışdırmaz, planetin ən güclü klublarından birində işləməzdi.
- Amma indi onun Rusiya millisi üçün əvvəlki kimi çox vaxt ayırmaq imkanı yoxdur...
- Hiddinkin əla köməkçiləri var - yeri gəlmişkən, mən onları çox yaxşı tanıyıram. Onlar ciddi, əsalı işlər görürlər.
- Sizin komandanız üçün Rusiya ilə oyunlar nə dərəcədə əhəmiyyətlidir?
- Bu matçlar azərbaycanlılar və rusiyalılar üçün eyni dərəcədə önəm kəsb edir. Onlar əvvəl qardaş idilər, indi isə rəqib.
- Sizin yetirmələriniz üçün Rusiyaya qarşı oyunları almaniyalılarla görüşlərdən daha vacibdir?
- Bilmirəm... Mən artıq bir ildir Azərbaycandayam və başa düşmüşəm ki, onlar çox qürurlu millətdir. Ruslar da həmçinin. Qarşıda bizi iki çox maraqlı oyun gözləyir

Daha çox


Son xəbərlər