“Xəzər Lənkəran” hazırlığı bərpa etdi

XƏBƏR 4 Mart 2009 / 19:24 2333
-  A +

Premyer-liqanın son turunda “Bakılı” üzərində inamlı qələbə qazanan “Xəzər-Lənkəran” həmin matçdan sonra futbolçuları istirahətə buraxmışdı. Qol.Az-ın “Xəzər-Lənkəran”ın internet saytına istinadən verdiyi məlumata görə, cənub təmsilçisi bu gündən etibarən hazırlıq prosesini bərpa edib. Baş məşqçi İqor Ponomaryov bu gün yetirmələrinə yalnız 1 məşq keçib. Qarşıdakı iki gündə “Xəzər-Lənkəran”lı futbolçular gündə iki dəfə çalışmalı olacaqlar. Komanda hazırda Lənkərandakı bazasında məskunlaşıb. Hazırlıq planının son hissəsi isə ölkə çempionatının növbəti turunda “Muğan”a qarşı oyunun keçiriləcəyi məkandan asılıdır. “Xəzər-Lənkəran”ın rəisi Səməd Mustafayevin verdiyi məlumata görə, oyun Salyanda keçirilərsə, “Xəzər Lənkəran” səfərə oyun günü, Bakıda keçirilərsə, şənbə günü səfərə çıxacaq. Xatırladaq ki. “Muğan” - “Xəzər-Lənkəran” oyunu martın 8-də keçiriləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı