“Muğan” - “Xəzər-Lənkəran”ı harada qəbul edəcək?

XƏBƏR 4 Mart 2009 / 16:46 2273
-  A +

Martın 8-də premyer-liqanın növbəti turu çərçivəsində “Muğan” “Xəzər-Lənkəran”ı qəbul edəcək. Qol.Az-ın “Xəzər-Lənkəran”ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, 3 gündən sonra baş tutacaq matçın keçirilmə məkanı hələ məlum deyil. İkinci dövrənin startından sonra ev oyunlarını “Şəfa”da keçirən “Muğan” bu dəfə rəqibini Salyanda qəbul etmək istəyir. “Muğan” klubunun rəsmiləri bildiriblər ki, bir müddət idi təmirə bağlanan Salyan Olimpikya İdman Kompleksinin meydançası artıq tam hazırdır və komanda rəqiblərini burada qəbul edə bilər. Buna görə də PFL-in xüsusi komissiyası sabah sözügedən stadion baxış keçirəcək. Komisiya müsbət qərar verəcəyi halda, “Muğan” - “Xəzər-Lənkəran” görüşü Salyan Olimpiya İdman Kompleksinin meydanında, əks halda isə “Şəfa”da baş tutacaq. Komandaların əvəzedici heyətlərinin isə Buzovna qəsəbə stadionunda qarşılaşacaqları dəqiqdir.   


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı