Aslan Kərimov: “1:0 - hələ yarımfinala çıxmaq deyil”

XƏBƏR 4 Mart 2009 / 13:49 2461
-  A +

“1:0 - hələ yarımfinala çıxmaq deyil. Bizi qarşıda təkrar oyun gözləyir”. Bu sözləri Qol.Az-a “Qarabağ”ın kapitanı Aslan Kərimov deyib. A.Kərimov ölkə kubokunun ilk ¼ final matçında “Neftçi” üzərində qazanılan 1:0-lıq qələbənin növbəti mərhələyə vəsiqə üçün kifayət etmədiyini düşünür: “Neftçi” ilk dövrə ilə müqayisədə heyətini gücləndirib və yeni legionerlər cəlb edib. Bəli, ilk kubok matçında biz onları üstələdik. Amma bunu təkrar qaşılaşmada da təkrarlamaq lazımdır. Oyunun çox ağır keçəcəyini indidən proqnozlaşdırmaq olar. Üstəlik biz “Bakı” ilə çətin çempionat oyunundan sonra “Neftçi” önünə çıxacağıq. Bütün bunlara baxmayaraq, növbəti mərhələyə məhz “Qarabağ”ın keçəcəyinə inanıram”.

Daha çox


Son xəbərlər