Utancverici fakt: Azərbaycan klubları Zimbabvedən də geridədirlər

Utancverici fakt: Azərbaycan klubları Zimbabvedən də geridədirlər
ÖLKƏ FUTBOLU 4 Mart 2009 / 12:45 3269
-  A +

Dünyanın ən güclü 350 klubu arasında Azərbaycan komandası yoxdur. Qol.Az-ın məlumatına görə, ötən illə müqayisədə bu dəfə Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının açıqladığı son siyahıda Azərbaycan klublarının adına rast gəlinməyib. Bizdən fərqli olaraq siyahıda Özbəkistanın “Bunyodok” klubu 67-ci, “İnter”in “Birlik Kuboku”nda məğlub etdiyi Latviyanın “Ventspils” klubu 158-ci, Moldova “Şerif”i 179-cu, Tbilisi “Dinamo”su 204-cü, Litvanın “Suduva” klubu isə 221-ci pillələrdə qərarlaşıblar. Adiçəkilən klublardan başqa Özbəkistanın “Paxtakor” (155),  Gürcüstanın “VİT Corciya” (271) və “Zeztafone” (294) klubları da dünyanın ən yaxşı 350 klubu sırasında özlərinə yer tapa biliblər. Sinqapur, Sudan, Zimbabve kimi ölkələrin klublarının Azərbaycandan öndə yer tutması da utancdırıcı fakt kimi qəbul oluna bilər.

Daha çox


Son xəbərlər