İqor Ponomaryov: “Muğan”la oyun çətin keçəcək”

İqor Ponomaryov: “Muğan”la oyun çətin keçəcək”
XƏBƏR 4 Mart 2009 / 12:09 2426
-  A +

“Bakılı” ilə oyundan sonra futbolçulara 2 günlük istirahət verdik. Bu gündən etibarən komanda Lənkəranda yığışaraq, “Muğan”la oyunun hazırlıqlarına başlayacaq”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov deyib. O bildirib ki, “Muğan” autsayderlər qrupunda yer alsa da, bu komandaya qarşı oyun çox çətin keçəcək: “Muğan” normal komandadır. Bizə qarşı güclü müqavimət göstərəcəklər. Komandanın baş məşqçi postunda dəyişiklik baş verib. Digər tərəfdən də son turda qələbə qazandıqlarından, komandanın düşərgəsində əhval-ruhiyyə yaxşıdır. Bütün bunlara baxmayaraq, biz meydana yalnız qələbə üçün çıxacağıq. Çalışacağıq ki, bütün gücümüzü qoyaraq, meydandan 3 xalla ayrılaq”.
“Muğan”ın oyununu hələ izləyə bilmədiyini deyən İqor Ponomaryov heyətdəki itkilərə də toxunub: “Bildiyiniz kimi, Kamran Ağayevlə Rəşad Abdullayev bir müddətdi zədəlidirlər. Onlar “Muğan”la matçda da meydana çıxmayacaqlar. O cümlədən də yeni transferimiz Nadir Bencema. İsveçli futbolçu hazırda bərpa dövrü keçir”.
İ.Ponomaryov sonda komandasının hücumçularının hazırkı durumu barədə danışıb: “Ahmet Dursun son turda fərqlənsə də, hələ optimal formaya düşməyib. Svetkov isə məşqlərdə tam gücü ilə çalışır. Bir müddət idi qol vura bilmirdi. “Bakılı” ilə matçda tilsimi qırdı. İnanıram ki, qarşıdakı oyunlarda da fərqlənə biləcək”. 
      

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı