“MKT-Araz”ın sabiq futbolçusu “Niva”ya keçdi

XƏBƏR 4 Mart 2009 / 11:37 2493
-  A +

Bir vaxtlar Azərbaycanın “MKT-Araz” klubunun şərəfini qorumuş ukraynalı müdafiəçi Valentin Viştalyuk karyerasını bundan sonra yerli “Niva”da davam etdirəcək. Qol.Az-ın məlumatına görə, bu sözləri Ukrayna klubunun idman direktoru Pavlo Kasanov “Niva”nın rəsmi internet saytına verdiyi müsahibəsində deyib: “Səylə növbəti mövsümə hazırlaşırıq və əsas hədəf yüksək liqaya vəsiqə qazanmaqdır. Heyətimizi gücləndirməkdə davam edirik. Qazaxıstanda oynayan Petro Ansimov tezliklı geri qayıdacaq. Ondan başqa Azərbaycanda oynamış Valentin Viştalyuk da bundan sonra “Niva”nın formasını geyinəcək”. Qeyd edək ki, ukraynalı mütəxəssis İqor Nakoneçninin dövründə Azərbaycana gələn Viştalyuk 2005-07-ci illər arasında İmişli klubunun şərəfini qorumuşdu.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı