Mübariz Mənsimov Karanın istefasından danışdı

Mübariz Mənsimov Karanın istefasından danışdı
ÖLKƏ FUTBOLU 25 Noyabr 2008 / 11:07 4073
-  A +


“Xəzər-Lənkəran”ın fəxri prezidenti, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov klub ətrafında yaranan problemlərə aydınlıq gətirib. Apasport.az saytının day.az-a istinadən yaydığı məlumatına görə, Mənsimov komandanın baş məşqçisi postundan istefa verən türkiyəli mütəxəssis Rasim Kara haqda yüksək fikirdə olduğunu bildirib.

“Çox təəssüf edirəm, Rasim Kara artıq “Xəzər-Lənkəran”ın baş məşqçisi deyil. Onun ayrılmaq qərarı məni çox məyus etdi. Bizim onunla dostluq münasibətlərimiz bundan sonra da davam edəcək. Komandanın indiyədək qazandığı uğurlarda və infrastrukturunun formalaşmasında Karanın yetərincə rolu olduğunu unutmaq lazım deyil” – deyə Mənsimov bildirib.

Klubun sahibi Karanın istefa verməsində azarkeşlərin heç biri rolunun olmadığını deyib. Onun fikrincə, bu qərarı Kara özü verib: “Bu onun müstəqil şəkildə qəbul etdiyi qərar idi. Karanın gedişini tələb edən azarkeş qrupuna gəlincə, onlar indi də məni istefaya çağıra bilərlər. Amma bir şeyi unutmaq lazım deyil: klub son dörd ildəki uğurları mənim və seçdiyim insanların sayəsində qazanıb, azarkeşlərin “təyin etdiklərinin” yox. Klubda strateji qərarları mən qəbul edirəm. Komandanın ilk büdrəməsindəcə öz tələblərini irəli sürənlər isə “Xəzər-Lənkəran” azarkeşi deyillər və ümumiyyətlə, onları futboldan uzaq adam sayıram”.

Mənsimov problemlərə baxmayaraq, komandanın çempionluq uğrunda sonadək mübarizə aparacağını deyib. O, “Xəzər-Lənkəran”ın belə potensiala malik olduğunu vurğulayıb: “Son məğlubiyyət komandanın qarşısına qoyulan vəzifələri dəyişməyib. Yaxın zamanda hər şeyin yerini tutacağına inanıram. Mən komandaya və onun çoxminlik azarkeş ordusuna inanıram. Biz təmiz və ədalətli futbol tərəfdarıyıq. Futbolu və hər hansı başqa idman növünü yalnız təmiz yolla qazanılan pul ilə gerçəkdən inkişaf etdirmək olar. “Xəzər-Lənkəran” bir nəfərin çiynində dayanan klublardan deyil. O. “Palmali” şirkətlər qrupu tərəfindən maliyyələşir. On minlərlə əməkdaşımızın halal yolla qazandığı pulla yaradılıb. Bizim yeganə məqsədimiz Azərbaycanda futbolu inkişaf etdirməkdir”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı