Sinan Engin «Bakı»ya futbolçu gətirir

XƏBƏR 24 Noyabr 2008 / 17:50 4124
-  A +

«Beşiktaş» klubunun sabiq meneceri Sinan Engin «Bakı» komandası üçün yeni futbolçular gətirə bilər. Qol.Az-ın məlumatına görə, Engin bu cümə axşamı Belqrada gedərək, «Partizan» - «Standart» oyununu izləyəcək. Qeyd edək ki, bu klublar UEFA kubokunun qrup mərhələsində üz-üzə gələcəklər. Engin Türkiyə mətbuatına açıqlamasında futbolçu izləyəcəyini bildirib. Amma o, bunun «Beşiktaş»a aidiyyatı olmadığını söyləyib. Qeyd edək ki, «Bakı» klubunun prezidenti Hafiz Məmmədovun dəvəti ilə bu günlərdə ölkəmizə gəlmiş Engin bu komandanın «Xəzər-Lənkəran»la matçını izləmişdi. Həmin vaxt «Beşiktaş»ın sabiq meneceri «Bakı» klubu ilə əməkdaşlıq edəcəyini söyləmişdi.
«Bakı»nın vitse-prezidenti Zeynal Məmmədov Qol.Az-a açıqlamasında Enginlə əlaqələrinin davam etdiyini və onun komandaya futbolçu gətirəcəyini söyləyib. Məmmədov konkret ad çəkməsə də, «Beşiktaş»ın sabiq menecerinin dövrələrarası fasilədə onlara bir neçə oyunçu təklif edəcəyini vurğulayıb.

Daha çox


Son xəbərlər