Araz Nəsirov: «Rasim Karanın istefasıyla bağlı qərar yaxın vaxtlarda veriləcək»

Araz Nəsirov: «Rasim Karanın istefasıyla bağlı qərar yaxın vaxtlarda veriləcək»
XƏBƏR 24 Noyabr 2008 / 13:02 4297
-  A +

«Xəzər-Lənkəran»ın «Qarabağ»la məğlubiyyətinin yegənə bir səbəbi var: şansızlıq». Bu sözləri Qol.Az saytına verdiyi açıqlamada «Xəzər-Lənkəran» klubunun vitse-prezidenti Araz Nəsirov söyləyib. «Qarabağ»a məğlubiyyətdən sonra hazırda «Xəzər-Lənkəran»da ab-havanın yaxşı olmadığını söyləyən A.Nəsirov bu barədə geniş danışmayıb.

Baş məşqçi Rasim Karanın istefasıyla bağlı sualı cavablandıran A.Nəsirov klubun idarəçilərinin bununla bağlı hələ yekun qərar vermədiyini söyləyib. Onun sözlərinə görə, Rasim Karanın istefasıyla bağlı qərar yaxın vaxtlarda veriləcək. Amma A.Nəsirov konkret tarix açıqlamayıb. Qol.Az-ın əməkdaşının «Rasim Kara komandada qala bilərmi» sualına A.Nəsirov birmənalı cavab verməyib.

Vitse-prezident «Xəzər-Lənkəran»ın məğlubiyyəti ilə bağlı komandanın heç bir üzvünün cəzalandırılmayacağını söyləyib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı