Lənkəran stadionunun diktoru: «Xaqani Məmmədovu təhqir etməmişəm»

XƏBƏR 24 Noyabr 2008 / 11:00 4039
-  A +

«Mən nə Xaqani Məmmədovu, nə də digər hakimləri təhqir etmişəm». Bu sözləri Lənkəranın mərkəzi stadionunun diktoru Elşən İmaməliyev Qol.Az-ın əməkdaşıyla söhbətində bildirib. Xatırladaq ki, dünən gecə Qol.Az-da «Xəzər-Lənkəran» - «Qarabağ» matçından sonra E.İmaməliyevin oyunun hakimlərini və AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu təhqir etməsi barədə məlumat yayılıb. X.Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumatı təsdiqləyiblər.

E.İmaməliyev isə deyib ki, o, matçdan sonra X.Məmmədova yaxınlaşaraq oyunun hakimliyindən narazılığını ifadə edib: «Mən onu təhqir etməmişəm, sadəcə, fikrimi bildirmişəm».


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord