Ağasəlim Mircavadov: «Derbidə favorit «Bakı»dır»

Ağasəlim Mircavadov: «Derbidə favorit «Bakı»dır»
PREMYER LİQA 20 Fevral 2009 / 13:54 4514
-  A +

«Sabahkı «Bakı» - «Neftçi» oyununun da gərgin keçəcəyini gözləyirəm». Bu sözləri derbi öncəsi Qol.Az-a asıqlamasında «Neftçi»nin sabiq baş məşqçisi Ağasəlim Mircavadov söyləyib: «Sabah çox maraqlı qarşılaşmaya şahidlik edəcəyimizi düşünürəm. Derbi oyunları həmişə gərginliyi ilə seçilir. Budəfəki oyunun da istisna təşkil etməyəcəyinə əminəm. Mən «Neftçi»ni çalışdırarkən də «Bakı»ya qarşı oyunlarımız həmişə çətin alınıb. Çünki hər iki komanda daim çempionluq uğrunda mübarizə aparır. Lakin bu dəfə vəziyyət bir qədər fərqlidir. İlk dövrədə xeyli xal itirdiyindən, «Neftçi»nin artıq çempionluq şansı qalmayıb. Lakin bu o demək deyil ki, «Neftçi» rəqibinə asanca təslim olacaq. Çünki fasilələrarası dövrdə «Neftçi» xeyli güclənib».
Lakin təcrübəli mütəxəssisin fikrincə, heyətini xeyli gücləndirməsinə baxmayaraq, «Neftçi»də hələ də çatışmazlıqlar var: «Komandanın xüsusən də də arxa xətti bir qədər ləngdir. Bəlkə də bu, yeni futbolçuların komandaya hələ tam uyğunlaşmamasından irəli gəlir. Bunun üçün onlara bir qədər vaxt lazımdır. Heyətlərə nəzər saldıqda görərik ki, derbidə favorit «Bakı»dır. Lakin əvvəlcədən hansısa tərəfin qalib gələcəyini demək çətindir. Bununla belə, «Bakı»nın hazırkı heyətinin həqiqətən də möhtəşəm olduğunu vurğulamalıyam».


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord