"Xəzər Lənkəran" "Neftçi" ilə xal fərqini minimuma endirdi (YENİLƏNİB)

"Xəzər Lənkəran" "Neftçi" ilə xal fərqini minimuma endirdi (YENİLƏNİB)
PREMYER LİQA 20 Fevral 2011 / 19:26 11683
-  A +

Bu gün keçirilmiş daha 3 oyunla Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, əvvəlcə "Qarabağ" Gəncədə eyniadlı komandanın qonağı olub. 

Ağdam klubunun ilk, "Gəncə"nin isə ikinci "6-lıq"da mübarizə aparacağı hələ bu oyunadək məlum idi. Qurban Qurbanovun komandası yalnız 4-cü pillədəki yerini möhkəmlətmək üçün meydançaya çıxmışdı. Bu komandalar arasında ilk dövrədə keçirilmiş oyun "Qarabağ"ın böyükhesablı qələbəsi ilə nəticələnmişdi - 3:0.

Bugunkü qarşılaşmada isə "Qarabağ" "Gəncə"nin güclü müqaviməti ilə üzləşib. Oyun meydan sahiblərinin üstünlüyü ilə keçsə də, "Qarabağ" Adamiyanın qolu sayəsində qələbə qazana bilib.

Ardından "Qəbələ" "Şəfa" stadionunda "Muğan"a qonaq olub. Bu matçda xal itkisi Toni Adamsın komandasını ilk "6-lıq"dan kənar qoya bilər. Ötən tur "Bakı"nı büdrətmiş "Muğan"ın bu dəfə "Qəbələ"yə necə müqavimət göstərəcəyi maraq doğururdu. Gözlənilənlər baş verdi. "Muğan" "Qəblə"ni 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. Bununla da "Qəbələ"nin ilk "altılıq"da qalma şansı minimuma enib.

"Qəbələ"nin məğlubiyyətinə ən çox sevinən AZAL olub. AZAL "Xəzər Lənkəran"a uduzsa da, ilk "altılıq"da yerini indidən təmin edib. Lənkəran komandası isə bu qələbə sayəsində lider "Neftçi" ilə xal fərqini minimuma endirib. 
 
Dünən isə daha 3 oyun keçirilib. Onların hamısı meydan sahiblərinin məğlubiyyəti ilə nəticələnib. 

Günün ilk qarşılaşmasında "Turan" öz meydanında "Bakı"nı qəbul edib. "Altılığ"a düşmələri üçün "zolaqlılar" çətin Tovuz səfərində müttləq qələbə qazanmalı idi. Əks təqdirdə isə, "Bakı" "altılıq"dan kənar qalacaqdı. Aleksandr Starkovun komandası yeganə qolla səfərdə "Turan"a qalib gəlib. Starkovun tələbi ilə əvəzedici heyətə göndərilən Jaba komandaya qayıdışını qolla qeyd edib - 0:1. 

Premyer Liqanının lideri "Neftçi" isə bu tur Zaqatalada "Simurq"un qonağı olub. Son turda "Xəzər Lənkəran"la oyunda xal itkisinə yol verən "ağ-qaralar"ın bu görüşdə qələbə qazanacağı şübhə doğurmurdu. Oyunboyu rəqibini bütün mövqelərdə üstələyən "Neftçi" səfərdə 3:0 hesabı ilə qalib gələrək liderliyni qoruyub.

Son ölkə çempionu Bakının "İnter" klubu isə bu turda Premyer Liqanın autsayderi MOİK-lə qarşılaşıb. Bu görüşdə "bankirlər"in asan qələbə qazanacağı gözlənilirdi. Oyunun ilk dəqiqələrindən hücuma atılan "İnter" rəqibinə heç bir şans verməyib. Səfərdə 4:0 hesabı ilə qalib gələn "İnter" bu qələbə sayəsində 3-cü pillədəki mövqeyini qoruyub.

20 fevral (bazar)
17:30. "Xəzər Lənkəran" - AZAL - 2:1 (II Hissə)
Qollar:
Elnur Abdullayev, 45+2 (1:0); Usim Nduka, 57 (1:1); Xristu Kiaku, 78
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Eldar Nağıbəyov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
Lənkəran şəhər mərkəzi stadionu


15:00. "Muğan" - "Qəbələ" - 1:0
Qol:
Elşən Məmmədov, 46
Qırmızı vərəqə: Tagim Novruzov, 60 ("Qəbələ")
Hakimlər: Əfqan Həmzəyev, Yaşar Abbasov, Aleksandr Musatkin, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
"Şəfa" stadionu


13:05. "Gəncə" - "Qarabağ" - 0:1
Qol:
Georgi Adamiya, 72
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Vaqif Musayev, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu

Oyunun 40-cı dəqiqəsində "Qarabağ"lı Ansi Aqoli ilə "Gəncə"nin futbolçusu Ceyhun Sultanov arasında gərginlik yaranır. Hakim Aqoliyə sarı vərərə göstərir.


19 fevral (şənbə)


16:00. MOİK - "İnter" - 0:4
Qollar:
Dmitri Kruqlov, 40 (0:1), David Odikadze, 45 (0:2), İlia Kandelaki, 79 (0:3), Vlodimir Levin, 80 (0:4)
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Zeynal Zeynalov, Alik Yunusov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Səfər Haşımov
Bakı. "Şəfa" stadionu


14:00. "Turan" - "Bakı" - 0:1
Qol:
Jaba, 8 (0:1)
Hakimlər: Vüsal Əliyev, Coşqun Həsənov, Elman Musayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Haim-inspektor: Əhmədağa Cabbarov
Tovuz. Şəhər stadionu


15:00. "Simurq" - "Neftçi" - 0:3
Qollar:
Rəşad Abdullayev, 11 (0:1), Ruslan Abışov, 22 (0:2), Flavio Aleks Valensio, 50 (0:3)
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Aydın Ələkbərov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Fazil Mürşüdov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu




Turnir cədvəli


  Komanda O Q H M Qollar Xallar
1 Neftçi 21 13 6 2 39-9 45
2 Xəzər Lənkəran 21 13 5 3 25-11 44
3 İnter 21 12 4 5 23-13 40
4 Qarabağ 21 12 3 6 25-13 39
5 AZAL 21 9 8 4 27-16 35
6 Bakı 21 9 5 7 28-21 32
7 Qəbələ 21 8 6 7 19-14 30
8 Muğan 21 6 6 9 13-23 24
9 Gəncə 21 5 8 8 23-27 23
10 Turan 21 3 6 12 16-30 15
11 Simurq 21 2 6 13 12-33 12
12 MOİK 21 1 3 17 6-46 6


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı