Mourinyonun dostu "Barselona"nın qolunu hesaba almadı (VİDEO)

VİDEO 17 Fevral 2011 / 15:43 3163
-  A +

Dünən Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən "Arsenal" - "Barselona" oyununda Messinin vurduğu qolun hesaba alınmaması İspaniya mətbuatında əsas müzakirə mövzusu olub. Qol.Az-ın məlumatına görə, Messinin həmin qolu oyundan kənar vəziyyətdən vurduğunu iddia edən matçın portuqaliyalı baş hakimi Nikola Rizzoli İspaniyada qınaq obyektinə çevrilib.

İspanlar hakimin məhz Mourinyo ilə yaxın dost olduğu üçün bu qolu hesaba almadığını iddia edirlər. Bununla yanaşı, onlar Aleksandr Sonqun da qırmızı kart alaraq meydandan qovulmamasına kəskin etirazlarını bildiriblər. Həmin epizodu sizlərə təqdim edirik.



Son xəbərlər