"Qarabağ" "Xəzər Lənkəran"dan qisas aldı, "Neftçi" qış çempionu oldu

"Qarabağ" "Xəzər Lənkəran"dan qisas aldı, "Neftçi" qış çempionu oldu
PREMYER LİQA 23 Dekabr 2010 / 18:51 9398
-  A +

Bu gün Unibank Premyer Liqasında 19-cu turun oyunları keçirilib. Bu, 2010-cu ildə Azərbaycan çempionatında sonuncu oyunlar olub.
Turun mərkəzi oyunu “Xəzər Lənkəran”la “Qarabağ” arasında baş tutub. Bu turadək lider olan Lənkəran təmsilçisi bu oyunda uğur qazanacağı təqdirdə qeyri-rəsmi də olsa, qış çempionu adını qazanacaqdı. Amma "Qarabağ" Rauf Əliyevin qolları sayəsində "Xəzər Lənkəran"a qalib gəlib. Bununla da ağdamlılar ilk dövrədəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxa bilib.
Qeyd edək ki, "Xəzər Lənkəran" məğlub olduğundan bu tur "Turan"a qalib gələn "Neftçi" liderliyi geri qaytarıb.
Turun ən önəmli qarşılaşmalarında biri də Qəbələdə son 12 turda məğlubiyyətin nə olduğunu bilməyən yerli komanda ilə uğursuz günlərini keçirən «Bakı» arasında olub. «Bakı» bu oyunda uduzacağı halda ilk altılığa düşmək şansının üstündən demək olar ki, xətt çəkəcəkdi. Amma Jabanın möhtəşəm qolu sayəsində paytaxt təmsilçisi mühüm qələbə qazanmağı bacarıb.
Salyanda "Muğan"la AZAL-ın oyununda isə sensasiya qeydı alınıb. Liderlərin qənimi hesab olunan "Muğan" AZAL-a qalib gəlməyi bacarıb.


23 dekabr (cümə axşamı)


17.00. "Xəzər Lənkəran" - "Qarabağ" - 1:2
Qollar:
Rauf Əliyev, 4 (0:1), Alim Qurbanov, 15 (1:1), Rauf Əliyev, 75 (1:2). 
Hakimlər: Rövşən Əhmədov, Munis Abdullayev, Azər Əsgərov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabarov
Lənkəran şəhər stadionu.

16:00. "İnter" - "Gəncə" - 1:0
Qol:
İlia Kondelaki, 88 (1:0)
Hakimlər: Ramil Diniyev, Samir Hacıyev, Elman Musayev, Əmrah İbrahimov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əmir Zamanov
"Şəfa" stadionu.

15.00. "Neftçi" - "Turan" - 2:0
Qollar:
Rəşad Abdullayev, 17 (1:0), Emil Mpenza, 35 (2:0)
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, Aydın Ələkbərov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
Tofiq Bəhramov adına Respublika stadionu.


13.00. "Qəbələ" - "Bakı" - 0:1
Qol:
Jaba, 49 (0:1)
Hakimlər: Elçin Məmmədov, Eldar Nağıbəyov, Roman Vasilyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Qəbələ şəhər stadionu.

49. Jaba akrobatik tullanışla hesabı açır - 0:1

10. "Bakı" qol vursa da, hakim Jabanın oyundankənar vəziyəttə olduğunu bildirərək qeydə almır


13:00. "Muğan" - AZAL - 3:1
Qollar:
Vüsal Qarayev, 8 (0:1), Elşən Məmmədov, 27 (1:1), 61 (2:1), Ekrem Hodziç, 70 (3:1)
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Coşqun Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Murad Məmmədov
Salyan şəhər stadionu.

14.00. "Simurq" - MOİK - 1:1
Qollar: Samir Əliyev, 75 (1:0),  Orxan Babayev, 80 (1:1)
Hakimlər: Elnur Muradov, İsgəndər Əliyev, Elşən Acalov, Fuad Həsənov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Səfər Haşımov
Zaqatala şəhər stadionu.

TURNİR CƏDVƏLİ

1 "Neftçi" 19 12 5 2 36-9 41
2 "Xəzər Lənkəran" 19 12 4 3 23-10 40
3 AZAL 19 9 7 3 26-14 34
4 "İnter" 19 10 4 5 17-13 34
5 "Qarabağ" 19 10 3 6 21-13 33
6 "Qəbələ" 19 8 6 5 19-10 30
7 "Bakı" 19 8 4 7 26-20 28
8 "Gəncə" 19 5 7 7 23-26 22
9 "Muğan" 19 5 5 9 11-22 20
10 "Turan" 19 2 6 11 14-28 12
11 "Simurq" 19 2 6 11 12-28 12
12 MOİK 19 1 3 15 6-40 6

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı