Premyer Liqanın təqvimində dəyişiklik edildi

Premyer Liqanın təqvimində dəyişiklik edildi
PREMYER LİQA 10 Dekabr 2010 / 10:53 3742
-  A +

Peşəkar Futbol Liqası Unibank Premyer Liqasının təqvimində dəşiyiklik edib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna səbəb əksər klubların PFL-ə ünvanladıqları məktubda qarşıdan gələn bayramlarla əlaqədar olaraq XIX turun oyunlarının daha tez tarixdə keçirilməsini xahiş etmələridir. Bu səbəbdən də dekabrın 25-26-da oynanılması nəzərdə tutulan oyunlar aşağıdakı tarixlərdə keçiriləcək:

23 dekabr 2010-cu il (cümə axşamı)

“Neftçi” – “Turan”
“İnter” – “Gəncə”
“Xəzər Lənkəran” – “Qarabağ”
“Muğan” – AZAL
“Simurq” – MOİK 
 
25 dekabr 2010-cu il (şənbə)

“Qəbələ” – “Bakı”

Unibank Premyer Liqasının XVIII turunun “Qarabağ” – “Muğan” matçı 19 dekabr 2010-cu il tarixindən 18 dekabr 2010-cu il tarixinə keçirilib.


 

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı