Allan Lalin "ayıldı" və Emin Quliyevə çatdı

Allan Lalin "ayıldı" və Emin Quliyevə çatdı
PREMYER LİQA 6 Dekabr 2010 / 12:54 4056
-  A +

“Xəzər Lənkəran” klubunun oyunçusu Allan Lalin qol həsrətinə son qoyub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, honduraslı hücumçu bu mövsüm Unibank Premyer Liqasında ilk qolunu vurub. Mərkəzi amerikalı legioner komandanın heyətində sonuncu qolunu bu ilin yayında vurmuşdu. O, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda fərqlənmişdi.
Allan iyulun 8-də Moldovanın “Olimpiya” klubu ilə Lənkəranda keçirilən matçda rəqib qapısına yol tapmışdı. Həmin matçın 78-ci dəqiqəsində qol sevinci yaşayan Lalin Azərbaycan çempionatının XVI turunun “Turan”la səfər oyununa kimi uğursuzluq zolağına düşmüşdü. Meydana çıxdığı son 13 matçda hücumçumuzun səyləri nəticə verməmişdi.
149 gündən sonra yenidən “Xəzər Lənkəran” azarkeşlərinə qol bəxş edən honduraslı komandamızın heyətində 12-ci qolunu vurub. Bununla da legioner eyni sayda fərqlənən Emin Quliyevə çatıb. Lənkəran təmsilçisinin tarixində 10-cu bombardirliyə şərik olan Lalin əcnəbi futbolçular arasında 5-ci nəticəyə malikdir.
İlk onluq isə aşağıdakı kimidir:
1. Zaur Ramazanov  - 44 qol
2. Samir Əliyev - 34
3. Mario Souza - 26
4. İvan Svetkov - 24
5-7. Rəşad Abdullayev - 18
5-7. Vüqar Nadirov - 18
5-7. Oqtay Dərəlioğlu - 18
8. Rahid Əmirquliyev - 17
9 . Edmond N'Tiamoa – 13
10-11. Emin Quliyev  - 12
10-11. Allan Lalin - 12


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın