Sensasiya! "Bakı" autsayderə uduzub ilk altılıqdan kənara düşdü (YENİLƏNİB)

Sensasiya! "Bakı" autsayderə uduzub ilk altılıqdan kənara düşdü (YENİLƏNİB)
PREMYER LİQA 5 Dekabr 2010 / 17:53 9526
-  A +

Dünən Azərbaycan çempionatında XVI turun oyunları start götürüb. Bu gün keçirilən 4 qarşılaşmanın hamısının start fiti eyni saatda verilib. Turun ən mühüm iki qarşılaşması olan AZAL - “Neftçi” və  "Qarabağ" - "İnter" oyunu daha böyük maraq doğururdu.  Son ölkə çempionu "İnter" bu görüşdə "Qarabağ"a məğlub olmaqla çempionluq yolunda daha bir zərbə aldı. "Neftçi" də bu turda AZAL-ın müqavimətini qıra bilməyərək vacib iki xal itirdi. Tovuzda isə "Xəzər Lənkəran" gərgin oyundan sonra qələbə qazanaraq "Neftçi" ilə xal fərqini minimuma endirdi.
Tura bu gün keçirilən iki oyunla yekun vurulub. Sensasiya da məhz bu gün qeydə alınıb. Bunadək son dörd oyunda dalbadal üç qələbə qazanan və bir heç-heçə edən "Bakı" öz meydanın autsayder "Simurq"a gözlənilmədən məğlub olaraq ilk altılıqdan kənara düşüb. Zaqatala klubunun futbolçusu Samir Əliyevin yeddinci dəqiqədə cərimə zərbəsindən vurğudu qolu isə bu turun ən gözəl qolu da hesab etmək olar.  



5 dekabr

16:00. "Bakı" - "Simurq" - 0:1 
Qol:
Samir Əliyev, 7
Hakimlər: Rəhim Həsənov, Azad Q. Hüseynov, İlham Əliyev, Ceyhun Haşımov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

14:00. "Gəncə" - "Muğan" - 3:0
Qollar:
Sabir Allahquliyev, 8, Şahin Kərimov, 9, Ramal Hüseynov, 57
Hakimlər: Rövşən Əhmədov, Yaşar Abbasov, Elşən Durmuşov, Elnur Muradov
Gəncə. Şəhər stadionu




4 dekabr

14:00. MOİK - "Qəbələ" - 0:3
Qollar
: Deon Baron , 40, 86 (p) ; Bruno da Silva, 43
Hakimlər: Əfqan Həmzəyev, Aleksandr Musatkin, Zeynal Zeynalov, Rauf Cabbarov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

14:00. AZAL - "Neftçi" - 0:0 
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Roman Vasilyev, Hacıəli Ağayev
Bakı. "Şəfa" stadionu

14:00. "Turan" - "Xəzər Lənkəran" - 1:2 
Qollar
: Allan Lalin, 37; Muammer Erdoğdu, 39 ; Stelian Stanku, 71
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Elşən Acalov, Teymur Fərhadov
Tovuz. Şəhər stadionu

14:00. "Qarabağ" - "İnter" - 1:0 
Qol:
Rauf Əliyev ,45+1
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, Munis Abdullayev, Elvin Əsgərov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu



TURNİR CƏDVƏLİ

1 "Neftçi" 16 10 5 1 30-7 35
2 "Xəzər Lənkəran" 16 10 4 2 19-8 34
3 AZAL 16 9 5 2 22-8 32
4 "İnter" 16 8 3 5 13-11 27
5 "Qəbələ" 16 7 5 4 16-7 26
6 "Qarabağ" 16 7 3 6 16-12 24
7 "Bakı" 16 6 4 6 22-18 22
8 "Gəncə" 16 5 7 4 23-20 22
9 "Muğan" 16 3 5 8 7-19 14
10 "Turan" 16 2 5 9 13-25 11
11 "Simurq" 16 2 4 10 10-25 10
12 MOİK 16 1 2 13 5-36 5


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın