Ruslan Abışovdan etiraz

Ruslan Abışovdan etiraz
XƏBƏR 2 Dekabr 2010 / 20:08 1999
-  A +

"Neftçi"nin futbolçusu Ruslan Abışov dekabrın 4-də keçiriləcək Unibank Premyer Liqasının 16-cı turunun AZAL-la oyunu haqda fikirlərini bildirib: "Çətin oyun olacaq. AZAL son turlar bizi izləyir, liderlər qrupundan ayrılmır. Rəqib çox güclüdür, amma inanıram ki, qələbəni biz qazanacağıq". Qol.Az-ın məlumatına görə, bu sözləri futbolçu klubun rəsmi saytına deyib.

Ruslan Abışov son vaxtlar mətbuatda "Neftçi" barəsində yayılan fikirlərə də münasibətini bildirib: "Bəzilərinin gözləri "Neftçi"nin qazandığı uğurları görmək istəmir. Oyunlarımız televiziya vasitəsilə canlı yayımlanır və xalq da görür ki, "Neftçi"nin əvvəlki ruhu özünə qayıtmaqdadır. Xalqın gözü tərəzidir və qazandığımız nəticələr də, göstərdiyimiz oyun da bizim hamıdan güclü olduğumuza əyani sübutdur. "Neftçi" meydanda təmiz oyunu ilə qələbələrini bundan sonra da davam etdirəcək".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord