FİFA dünya çempionatlarının keçiriləcəyi ölkələrin adlarını açıqladı

FİFA dünya çempionatlarının keçiriləcəyi ölkələrin adlarını açıqladı
DÜNYA FUTBOLU 2 Dekabr 2010 / 19:46 2428
-  A +

Bu gün İsveçrənin Sürix şəhərində 2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin adları açıqlanıb. Qol.Az saytının xəbərinə görə,  2018-ci ildəki mundiala ev sahibliyi etmək üçün İngiltərə, Rusiya ayrıca, İspaniya və Portuqaliya, Hollandiya və Belçika kimi ölkələr isə birgə mübarizə aparıblar. FİFA İcraiyyə Komitəsindəki səsvermənin nəticəsini açıqlayan qurumun prezidenti Yozef Blatter 2018-ci il mundialının Rusiyada keçiriləcəyini bildirib.
2022-ci ildəki mundiala ev sahibliyi etmək üçün isə müxtəlif qitələrin təmsilçiləri yarışıblar. Bu siyahıda ABŞ, Qətər, Avstraliya, Koreya və Yaponiya kimi iddialı ölkələr olub. FİFA prezidenti Yozef Blatterin açıqladığı qərara əsasən, 2022-ci ildə dünya çempionatı ilk dəfə olaraq Qətərdə təşkil olunacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord