Tuyqun Nadirov: «Görünür, «Neftçi»nin daxilində problemlər var»

Tuyqun Nadirov: «Görünür, «Neftçi»nin daxilində problemlər var»
ÖLKƏ FUTBOLU 2 Dekabr 2010 / 18:11 2367
-  A +

«Xəzər Lənkəran» klubunun vitse-prezidenti Tuyqun Nadirov «Neftçi»nin bu gün yaydığı bəyanata münasibət bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl «XL» rəhbərliyi klubun və futbolçularının ünvanına «Neftçi» azarkeşləri tərəfindən təhqiramiz ifadələr səsləndirildiyi üçün paytaxt təmsilçisinə etiraz məktubu göndərdiyini bildirib. «Neftçi» isə srağagün və bu gün bəyanat yayaraq belə bir məktub almadığını açıqlayıb.
«Bir daha deyirəm, biz məktubumuzu göndərmişik» - deyə Qol.Az-ın müxbiri ilə söhbətində Tuyqun Nadirov vurğulayıb: «Mənim bu məsələylə bağlı hətta Tahir Süleymanovla söhbətim də olub. Hesab edirəm ki, azarkeşlərin belə hərəkəti düzgün deyil. Biz qonağıq, qonağa söyməzlər, hörmət edərlər. Belə çıxır ki, sabah «Neftçi» azarkeşi onun oyununa gələn klubumuzun rəhbərliyini də təhqir edəcək?! «Neftçi»nin hər oyununda bizim komandanın ünvanına söyüş söyülür. Bunun qarşısını almaq lazımdır. Yaxşı, tutaq ki, məktub göndərməmişik. Axı, mən Tahir Süleymanova bu haqda fikrimi demişəm. Görünür, «Neftçi»nin daxilində nəsə problem var ki, məktub hələ üzə çıxmayıb. Amma «Neftçi»nin prezidenti Sadıq Sadıqov bütün məsələlərə ədalətlə yanaşıb. Ümid edirəm, o, yaranmış problemi yoluna qoyacaq» - deyə T.Nadirov vurğulayıb.

Daha çox


Son xəbərlər