Alessandro Del Pyero: “Çox utancverici bir haldır”

Alessandro Del Pyero: “Çox utancverici bir haldır”
XƏBƏR 2 Dekabr 2010 / 16:52 1770
-  A +


Avroliqanın qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən “Lex Poznan” – “Yuventus” oyunu haqqında gedən mülahizələr hələ də davam etməkdədir. Qol.Az-ın məlumatına görə,  turinlilərin əfsanəvi futbolusu Alessandro Del Pyero bu matçın  -11 dərəcə temperaturda keçirilməsinə öz iradını bildirib: “Bu şərtlər altında daha əvvəl heç oynamamışdım. Mənim üçün yeni bir təcrübə oldu. İkinci hissədə meydandakı xəttləri və topu belə görmək olmurdu. Məhz buna görə də, oyunun keçirilməsi olduqca yalnış bir addım idi. Bununla belə,  biz qalib gəlməyi bacarmadıq. Əlbəttə ki, bu çox utancverici bir haldır. Qrupda keçirdiyimiz heç bir oyunda məğlub olmasaq da, qrupdan çıxa bilməməyimiz bizi daha çox məyus edir”.
Qeyd edək ki, “Yuventus” Avroliqanın A qrupunda “Mançester Siti”, “Lex Poznan” və “Zalsburq” kimi klublarla mübarizə aparsa da, uğur qazana bilmədi. Bu qrupdan növbəti mərhələyə İngiltərənin “Mançester Siti” və Polşanın “Lex Poznan” klubları vəsiqə qazanıb. 

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki