“Qəbələ”nin məşqçisi: “Uğurlardan başınız gicəllənsə, tezliklə aşağılara enərsiniz"

“Qəbələ”nin məşqçisi: “Uğurlardan başınız gicəllənsə, tezliklə aşağılara enərsiniz"
XƏBƏR 2 Dekabr 2010 / 16:42 1797
-  A +

”Simurq”la oyundan sonra “Qəbələ”nin məşqçisi Qari Stevens klubun saytına fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə. o bildirib ki, əgər evdə turnir cədvəlində "Qəbələ"dən aşağıda olan komandaları udmasaq, çempionatın liderlərindən olan “Neftçi” və ya “İnter”lə səfərdə qazanılan heç-heçənin dəyəri çox az olacaq: "Ancaq “Simurq”a qarşı ev oyunundan 4-0-lıq qalibiyyətin məmnuniyyəti və sevinci ilə ayrıldıq. Azərbaycan Premyer Liqasında oyunların  əksəriyyəti çox çətin keçdiyi üçün oyundan əvvəl 1-0 qalib gələcəyimizi  düşünürdüm. Bununla belə bu mövsüm qol vurmaq üçün  çox çalışırdıq. Buna görə də 4 qol vurmaq bizə daha da əminlik verdi".
İngiltərəli mütəxəssis arxayınlaşmamağın vacibliyini qeyd edib: “Bizim uğurlu seriyamız davam edir. Biz növbəti 90 dəqiqəni qor buraxmadan tamamladıq. Digər tərəfdən, bu mövsüm ilk dəfə bir oyunda 2-dən  çox qol vurduq.  Bizim zədəli futbolçularımız da tezliklə tam hazır olacaqlar. Hələlik hər şey qaydasında və istədiyimiz kimi davam edir. Bir məqamı da vurğulamaq istəyirəm ki, futbolda çox pis bir adət var: Uğurlardan başınız gicəllənsə, tezliklə aşağılara enərsiniz. Buna görə də, eyni tempdə çalışmağa davam edəcəyik. Hazırlığımız bundan sonra da həm fərdi, həm də kollektiv olaraq davam edəcək”. Məşqçi, azarkeşləri dəstəyə çağırıb: “İnanın və dəstəyinizi bizdən əsirgəməyin”.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın