Dünya çempionu AFFA-da (FOTO)

Dünya çempionu AFFA-da (FOTO)
XƏBƏR 2 Dekabr 2010 / 15:46 1685
-  A +

UEFA-nın Təhsil Şöbəsinin üzvü Daniel Rayser Bakıda səfərdədir. Avropa futbol qurumunun nümayədəsi səfər müddətində AFFA tərəfindən təşkil olunan məşqçi kurslarının fəaliyyəti ilə tanış olacaq və ölkəmizdə Pro kateqoriyalı məşqçi kurslarının keçirilməsi barədə rəy hazırlayacaq.  
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və Texniki direktor Bernhard Lippetlə Daniel Rayser arasında görüş keçirilib. Görüşdə futbol təhsilinin səviyyəsinin yüksəldiməsinin vacibliyi qeyd olunub, E.Məmmədov bu istiqamətdə AFFA tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, 2009-cu ildə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında dünya çempionatında İsveçrə yığması Daniel Rayserin rəhbərliyi ilə dünya çempionu titulunu qazanıb.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın