"Neftçi" "Xəzər Lənkəran"a etiraz etdi

"Neftçi" "Xəzər Lənkəran"a etiraz etdi
XƏBƏR 2 Dekabr 2010 / 15:18 1685
-  A +

"Xəzər-Lənkəran" klubundan noyabrın 29-da "Neftçi" PFK-ya azarkeşlərlə bağlı etiraz məktubu göndərilməsi haqda son günlər əsassız fikirlər səsləndirilir". Qol.Az-ın məlumatına görə, bu sözlər "Neftçi" klubunun yaydığl bəyanatda bildirilib: "Neftçi" PFK məktub məsələsinə yenidən qayıdaraq, bir daha bəyan edir ki, göstərilən tarixdə, yəni noyabrın 29-da və ya həmin tarixdən bəri klubumuza "Xəzər-Lənkəran" tərəfindən istər faks, istər poçt, istərsə də elektron ünvan vasitəsilə heç bir məktub daxil olmayıb. Əvəzində, son vaxtlar AFFA, PFL, AZAL və digər yerlərdən "Neftçi"yə məktublar göndərilib. Həm də nəzərə almaq lazımdır ki, "Xəzər-Lənkəran" tərəfinin guya "Neftçi"yə yolladığı iddia olunan məktubu heç də həyati əhəmiyyət daşımır, başqa sözlə, belə məzmunlu məktubları mətbuatdan, futbol ictimaiyyətindən gizlətməyə lüzum yoxdur. Hesab edirik ki, bu məsələ ətrafında əsassız fikirlər səsləndirilməsinə və "Neftçi" PFK haqqında yanlış rəy formalaşdırılmasına son qoyulmalıdır".


Son xəbərlər