Rumıniya mətbuatı: “Xəzər Lənkəran” 30 min verir, “Rapid” 300 min istəyir

Rumıniya mətbuatı: “Xəzər Lənkəran” 30 min verir, “Rapid” 300 min istəyir
XƏBƏR 2 Dekabr 2010 / 14:37 2095
-  A +

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik daha bir futbolçunu komandasına transfer etməyi planlaşdırır. Qol.Az-ın məlumatına görə, Rednik Rumuniyanın “Rapid” klubunda forma geyən Karlos Çesinyanı komandasında görmək istəyir. Rumıniya mətbuatının məlumatına görə, Rednik braziliyalı futbolçu üçün “Rapid” klubunun rəhbərliyinə 30 min avro təklif edib. Rumunlar isə öz növbəsində Çesinyanı 6 aylığına  icarəyə verəcəkləri təqdirdə Lənkəran rəhbərliyindən 300 min avro tələb edəcəklər. Lakin hələlik bu barədə çox danışmaq istəmədiyini bildirən Rednik məsələnin ilin sonunda öz həllini tapacağını vurğulayıb.
Qeyd edək ki, “Rapid”in heyətində 14 oyuna çıxan Çersinya 4 dəfə fərqlənməyə nail olub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki