«Anji»dən Mahir Şükürova qarşı biabırçı addım

«Anji»dən Mahir Şükürova qarşı biabırçı addım
ÖLKƏ FUTBOLU 2 Dekabr 2010 / 12:02 2952
-  A +

Mahaçqalanın «Anji» klubunun rəsmi saytı Azərbaycan millisinin futbolçusu Mahir Şükürova qarşı saxtakarlığa yol verib. Qol.Az saytının məlumatına görə, bir neçə gün əvvəl saytda bu günlərdə başa çatmış Rusiya Premyer Liqasında iştirak etmiş klubun ən yaxşı oyunçusunun adını müəyyənləşdirmək məqsədilə sorğu elan olunub. Hələ iki gün əvvəl Şükürova verilən səslərin sayı 5 idisə, Qol.Az saytında dərc olunmuş xəbərdən sonra «Anji»nin saytına daxil olub həmyerlimizə səs verənlərin sayı xeyli artıb. Oxucularımızın Qol.Az-a verdikləri məlumata görə, dünən Mahir Şükürova səs verənlərin sayı 200-ü keçib. Bununla da futbolçumuz ikinci yerə yüksəlib. 
Bu gün isə klubun rəsmi saytına daxil olanlar orada səsvermənin yığışdırıldığının şahidi olublar. Sorğunun arxivindəki göstərici isə heyrət doğurmaya bilməz. Şükürova təkcə dünən verilən 200-dən artıq səs kütləvi şəkildə azaldılaraq … 4-ə endirilib.
Klubun rəsmi saytının həmyerlimizə qarşı bu cür saxtakarlığa əl atması təəccüb doğurmaya bilməz.
Ümumiyyətlə, sorğunun qısa bir müddətdə, tələm-tələsik saytdan yığışdırılması da maraq doğurur. Bu gedişlə Mahir internet sorğusunda lider ola bilərdi. O, birinci pillədə olan Sorayevə yaxınlaşmaq üzrə idi. Lakin görünür, son vaxtlar Mahirə qarşı soyuq münasibət bəsləyən "Anji" rəsmiləri futbolçumuzun birinci pilləni ələ keçirəcəyindən ehtiyatlanıb və sorğunu nəinki dərhal saytdan yığışdırıb, həm də futbolçumuza verilən səsləri "oğurlayıb". Nəticədə 200-dən çox səs toplayan Mahir 2-ci pillədən 12-ci pilləyə "enib" və səslərin sayı, artiq yuxarıda qeyd eydiyimiz kimi, 4-ə düşüb.
Siyahıda isə birinci yeri 344 səslə Sorayev tutub.

Daha çox


Son xəbərlər