“Qarabağ” dünya reytinqində yenə gerilədi

XƏBƏR 2 Dekabr 2010 / 11:12 1506
-  A +

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinqini açıqlayıb. Qol.Az-ın məlumatına görə, siyahıya 301 xalla İspaniyanın “Barselona”sı klubu başçılıq edir. İlk onluqdakı sonrakı yerləri müvafiq olaraq İtaliyanın "İnter” (297), Almaniyanın “Bavariya” (264), Argentinanın “Estudiantes” (239), İspaniyanın “Atletiko” (236), İngiltərənin “Mançester Yunayted” (235), “Çelsi” (235), “Liverpul” (230), İspaniyanın “Real” (222) və Braziliyanın “İnternasional” (217) klubları tutur.
Siyahıda əvvəlkitək Azərbaycan klublarından yalnız "Qarabağ" yer alıb. Son 12 ayın göstəricilərinə əsasən hazırlanan siyahıda ağdamlılar ötən reytinqlə müqayisədə 37 pillə geriləyərək 78 xalla 273-cü pilləyə enib. “Qarabağ” İspaniyanın “Espanyol”, “Deportivo”, “Osasuna”, İngiltərənin “Bolton”, “Sanderlend”, İtaliyanın “Bolonya”, Almaniyanın “Maynts-05” və “Ayntraxt” kimi klubları qabaqlayır.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın