Bu gün FİFA dünya çempionatlarının ev sahiblərini seçir

Bu gün FİFA dünya çempionatlarının ev sahiblərini seçir
ÖLKƏ FUTBOLU 2 Dekabr 2010 / 10:57 1817
-  A +

Bu gün İsveçrənin Sürix şəhərində 2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin adları açıqlanacaq. Qol.Az saytının xəbərinə görə, FİFA qərarı keçiriləcək iclasdan sonra açıqlayacaq.

2018-ci ildəki mundialın Avropada keçiriləcəyi dəqiqdi. Çünki namizədlərin hamısı - Rusiya, İspaniya və Portuqaliya, Hollandiya və Belçika cütləri, eləcə də İngiltərə Avropa qitəsinin ölkələridir. 2022-ci ildəki finallara ev sahibliyi üçün isə müxtəlif qitələrin təmsilçiləri yarışırlar. Bunlar ABŞ, Qətər, Avstraliya, Koreya və Yaponiyadı.

Qeyd edək ki, birgə namizədliyini irəli sürən İspaniya və Portuqaliyada futbola olan maraqla yanaşı, bu ölkələrdəki turizm, otelçilik, nəqliyyat kimi sahələrin inkişaf etməsi onu digər ölkələrdən bir addım öndə aparır. 2022-ci ilin namizədlərindən isə ən çox bəyənilən ABŞ-dı. Onunla mübarizə aparacaq ölkənin isə yalnız Yaponiya ola biləcəyi iddia olunur.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı