"Qarabağ" "Neftçi"yə uduzub ilk altılıqdan kənarda qaldı (YENİLƏNİB)

"Qarabağ" "Neftçi"yə uduzub ilk altılıqdan kənarda qaldı (YENİLƏNİB)
PREMYER LİQA 28 Noyabr 2010 / 16:52 9005
-  A +

Bu gün Unibank Premyer Liqasının XV turunun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma baş tutub. Turun mərkəzi matçı Tofiq Bəhramov adına Respublika stadionunda "Bakı" və "Xəzər Lənkəran" klubları arasında keçirilib. Son üç qarşılamasından qələbə ilə ayrılan "Bakı" "Xəzər Lənkəran"ı məğlub edə bilməyib. Bu qarşılaşma da Lənkərandakı kimi 1-1 hesabı ilə yekunlaşıb.  "Gəncə" doğma meydanda MOİK-i Junivan Suaresin 85-ci dəqiqədə vurduğu qolla məğlub edərkən, "Qəbələ" isə "Simurq"u 4 cavabsız qolla darmadağın edib. Bu turun nəticələri və turnir cədvəli ilə yaxından tanış olaq.
İkinci günün oyunlarında sensasiya qeydı alınıb. Liderlərin qənimi "Muğan" "İnter"u məğlub edib. Derbid isə "Neftçi" "Qarabağ"a qalib gələrək liderliyini möhkəmləndirib. Qeyd edək ki, bu Ağdam klubunun bu çempionatdakı ardıcıl üçüncü məğlubiyyəti olub.    

Unibank Premyer Liqası
XV tur

28 noyabr


15:00. "Qarabağ" - "Neftçi" - 0:1
Qol:
Ruslan Abışov, 56
Tofiq Bəhramov adına Respublika stadionu.

14:00. "Turan" - AZAL - 1:2
Qol:
Muammer Erdoğdu, 56 - Zohair Benouahi, 14. Zohair Benouahi, 51
Tovuz şəhər stadionu.

13:00. "Muğan" - "İnter" - 1:0
Qol:
Qutierrez, 78
Salyan şəhər stadionu.


27 noyabr


"Bakı" - "Xəzər Lənkəran" - 1:1
Qollar:
 Uinston Parks16, Emin Cəfərquliyev, 56
Tofiq Bəhramov adına Respublika stadionu. 

"Gəncə" - MOİK - 1:0   
Qol: Junivan Suares, 85 ,
Gəncə şəhər stadionu. 

"Qəbələ" - "Simurq" - 4:0
Qollar: Deon Barton, 30 (p.), Kristian Torres, 54, Deon Barton, 60 (p.), Arif İsayev, 90
Qəbələ şəhər stadionu.


Komanda O Q H M Qollar Xallar
1 "Neftçi" 15 10 4 1 30-7 34
2 "Xəzər Lənkəran" 15 9 4 2 17-7 31
3 AZAL 15 9 4 2 22-8 31
4 "İnter" 15 8 3 4 13-10 27
5 "Qəbələ" 15 6 5 4 13-7 23
6 "Bakı" 15 6 4 5 22-17 22
7 "Qarabağ" 15 6 3 6 15-12 21
8 "Gəncə" 15 4 7 4 20-20 19
9 "Muğan" 15 3 5 7 7-16 14
10 "Turan" 15 2 5 8 12-23 11
11 "Simurq" 15 1 4 10 9-25 7
12 MOİK 15 1 2 12 5-33 5


Son xəbərlər