"Neftçi" "Bakı"nı yenib birinci dövrənin çempionu oldu (YENİLƏNİB)

PREMYER LİQA 31 Oktyabr 2010 / 19:09 7940
-  A +

Unibank Premyer Liqasında 11-ci turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, bu turun oyunlarıyla həm də ilk mərhələnin birinci dövrəsinə yekun vurulmuş olacaq. Artıq “ekvator xəttinə” yaxınlaşan bu mərhələnin birinci dövrəsinin son turu bir sıra maraqlı qarşılaşmalarla zəngin olub. İlk oyun günündə həmişəki kimi keçirilməli olan 3 qarşılaşmadan artıq ikisi baş tutub. Tovuzda iki autsayderin duelində “Turan” turlar keçdikcə daha da geriləyən və həftəiçi birinci divizion klubu “Abşeron”a yenilməklə, ölkə kubokundan kənar qalan MOİK ilə qarşılaşmasında ilk qələbəsini qazanıb. Bu qarşılaşmayla eyni vaxtda Bakıda AZAL “Muğan”la münasibətlərinə aydınlıq gətirib. Paytaxt təmsilçisi AZAL Salyan klubunu məğlub edərək liderlər qrupundakı mövqeyini möhkəmləndirib. İlk oyun gününün son qarşılaşması isə turun mərkəzi görüşü hesab olunur. Çünki ev oyunlarını mərkəzi arenada keçirməyə başlayan “Qarabağ” doğma azarkeşlərinin gözü qarşısında “Xəzər Lənkəran”la qarşılaşıb. Matç qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb.
Unibank Premyer Liqasında 11-ci tura bu gün keçiriləcək üç qarşılaşma ilə yekun vurulub. Gəncədə eyniadlı yerli komandayla “Qəbələ” qapılara yol tapa bilməyincə, xalları yarı bölüb. Son ölkə çempionu “İnter” isə səfərdə “Simurq”u minimal hesabla məğlub edib. Nəhayət turun qapanış oyununda iki paytaxt təmsilçisi – “Bakı” və “Neftçi” qarşılaşıb. Prinsipial xarakterə malik paytaxt duelində nominal meydan sahibləri uğursuz zolağından çıxmaq, “ağ-qaralar” isə zirvədəki mövqeyini qaytarmaqla, ilk dövrənin qalibi olmağı hədəfləyirdi. Sonda gülən də elə Arif Əsədovun komandası oldu və “Neftçi” ilk dövrənin çempionu adını qazandı.

Unibank Premyer Liqası

11-ci tur

31 oktyabr (bazar)


"Simurq" - "İnter" - 0:1

31 oktyabr 2010. Saat 14:00. Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu. 500 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Aydın Ələkbərov, Rza Məmmədov
Dördüncü hakim: Tahir Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rüfət Hüseynov
Sarı vərəqələr: Anar Həsənli, 60; Elnur Abbasov, 80 // Volodimir Levin, 51
Qol: Filip Despotovski, 14
İstifadə olunmamış penalti: Mario Santana, 61
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.
“Simurq”: Adnan Hodziç, Rasim Ramaldanov (k), Elvin Yunusov, Elnur Abbasov, Anar Həsənli, Qərib İbrahimov, Rüstəm Məmmədov, Elvin Musazadə (Ramil Sayadov, 67), Vasif Əliyev (Elnur Yusifov, 81), Əli Bağırov (Yasin Abbasov, 46), Samir Əliyev.
Baş məşqçi: Qyoko Haciyevski.
“İnter”: Georgi Lomaya, Aleksandr Çertoqanov (k), Rövşən Əmiraslanov (Dmitri Kruqlov, 57), Filip Despotovski (Bronislav Çervenka, 65), Petar Zlatinov, İlia Kandelaki, Girts Karlsons, Arif Daşdəmirov, Mario Santana, Valeri Abramidze (Vladimir Levin, 33), Filipe Maçado.
Baş məşqçi: Kaxaber Sxadadze.

"Gəncə" - "Qəbələ" - 0:0

31 oktyabr 2010. Saat 14:00. Gəncə şəhər stadionu. 7000 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asif Namazov
Sarı vərəqələr: Samir Zərgərov, 36; Ramal Hüseynov, 44 // Saşa Yunisoğlu, 54; Deon Barton, 78
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
“Gəncə”: Еdis Kurtanoviç, Xəyal Mustafayev, Şahin Kərimov, Azər Məmmədov (k), Armand Feutchine, Samir Zərgərov, Ramal Hüseynov, Zura Dzamsaşvili, Ceyhun Sultanov, Sabir Allahquliyev (Georgi Seturidze, 73), Junivan Suares.
Baş məşqçi: Fuad İsmayılov.
“Qəbələ”: Pavels Dorosevs, Nodar Məmmədov, Lyuba Baranin, Bruno da Silva, Deon Barton, Milan Antiç, Qoqa Beraya (k) (Terri Kuk, 46), Branimir Subaşiç (Arif İsayev, 90), Kristian Torres (Abdulkader Kamara, 46), Saşa Yunisoğlu, Stiv Olfers.
Baş məşqçi: Toni Adams.

"Bakı" - "Neftçi" - 0:2

31 oktyabr 2010. Saat 17:15. T.Bəhramov adına Respublika stadionu. 1000 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Elman Musayev, Roman Vasilyev
Dördüncü hakim: Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
Sarı vərəqələr: Stefan Barbikoni, 12; Aleksandar Soliç, 16; Leonardo Roşa, 61 // Slavko Georgiyevski, 18
Qollar: Flavio Aleks Valensio, 50; Bahodir Nasimov, 71
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
“Bakı”: Marko Şarliya, Stefan Barbikoni, Ernad Skuliç, Vaqif Cavadov (Rəhman Hacıyev, 72), Adnan Barakat (Leonardo Roşa, 46), Cəmşid Məhərrəmov (k), Əziz Quliyev, İbrahim Karqbo, Junior Osvaldo, Aleksandar Soliç (Saşa Kaykut, 59), Jaba.
Baş məşqçi: Vinfrid Şefer.
“Neftçi”: Rauf Mehdiyev (Paulius Qribauskas, 77), Denis Silva, İqor Mitreski, Slavko Georgiyevski, Flavio Aleks Valensio, Emil Mpenza, Bahodir Nasimov, Ruslan Abışov (k), Alessandro Viana da Silva, Mirhüseyn Seyidov (Cavid İmamverdiyev, 61), Rəşad Abdullayev (Cavid Hüseynov, 72).
Baş məşqçi: Arif Əsədov.


30 oktyabr (şənbə)

"Turan" - MOİK - 2:0

30 oktyabr 2010. Saat 15:00. Tovuz şəhər stadionu. 600 tamaşaçı
Baş hakim: Əmrah İbrahimov
Baş hakimin köməkçiləri: Azad Q. Hüseynov, Zeynal Zeynalov
Dördüncü hakim: Zahid Həşimov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Fazil Mürşüdov
Sarı vərəqə: Rəşad Orucov, 59; Georgi Çediya, 71; Ruslan Namazov, 90+2 // Vüqar Əsgərov, 36; Namiq Həsənov, 56; Emil Paşayev, 88
Qollar: Vurğun Hüseynov, 14 (p.); Viktor Qonta, 57
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
“Turan”: Kamal Bayramov, Hüseyn İsgəndərov (Məhərrəm Müslümzadə, 46), Vurğun Hüseynov (k), Ruslan Namazov, Muammer Erdoğdu, Viktor Qonta, Şalva Pirtsxalava (15. Cavid Tağıyev, 87), Hafiz Əliyev, Rəşad Orucov, Georgi Çediya, Georgi Modebadze (Fərmayıl Əliyev, 60).
Baş məşqçi: Revaz Dzodzuaşvili.
MOİK: Amiran Qventsadze, Vüqar Əsgərov, Ceyhun Adışirinov, Emin Mustafayev, Emil Paşayev, Nicat Tağıyev (Məhəmməd Bağırzadə, 89), Zaur Məmmədov (Nəriman Əzimov, 65), Elçin Həşimov (k), Nuran Qurbanov, Ramil Əliyev, Ruslan Hüseynov.
Baş məşqçi: Ramil Əliyev.

AZAL - "Muğan" - 2:0

30 oktyabr 2010. Saat 15:00. “Şəfa” stadionu. 500 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Aleksandr Musatkin, Elşən Acalov
Dördüncü hakim: Fuad Həsənov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Qvidas Yuska, 37 // Elşən Məmmədov, 6; Dan Pisla, 69
Qollar: Qvidas Yuska, 29; Viktor İqbekoi, 85
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
AZAL: Cahangir Həsənzadə, Robert Petrov, Usim Nduka, Aqil Nəbiyev (k), Viktor İqbekoyi (Samir Abdulov, 90), Draqan Mandiç, Elvin Əliyev, Qvidas Yuska, Vüsal Qarayev (Nuqzar Kvirtiya, 65), Mirko Bunyevçeviç, Pius İkedia (Eleandro Pema, 78).
Baş məşqçi: Nazim Süleymanov.
“Muğan”: İrfan Feyziç, Miloş Zeçeviç, Elnur Abdullayev (k), Tural Axundov, Elşən Məmmədov, Saşko Pandev (Fərrux İsmayılov, 61), Dan Pisla (Vüsal Hüseynov, 69), Davit Svanadze (Zaur Əsədov, 73), İliya Prodanoviç, Ekrem Hodziç, Angel Qutierrez.
Baş məşqçi: Almir Hurtiç.

"Qarabağ" - "Xəzər Lənkəran" - 0:1

30 oktyabr 2010. Saat 16:00. T.Bəhramov adına Respublika stadionu. 2000 tamaşaçı
Baş hakim: Rövşən Əhmədov
Baş hakimin köməkçiləri: Eldar Nağıbəyov, Mehman Mahmudov
Dördüncü hakim: Rəhim Həsənov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr: Zaur Həşimov, 11; Rəşad Sadiqov, 67 // Uinston Parks, 45; Kristian Kabral, 78; Kamran Ağayev, 86; Alim Qurbanov, 90+3
Qol: Konstantin Arbanas, 66
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
“Qarabağ”: Fərhad Vəliyev (k), Qara Qarayev (Tural İsgəndərov, 83), Zaur Həşimov, Rəşad Sadiqov, Elvin Məmmədov, Rauf Əliyev, Rəşad Kərimov (Vüqar Nadirov, 70), Admir Teli, Ansi Aqolli, Devran Ayhan, Georgi Adamiya.
Baş məşqçi: Qurban Qurbanov.
“Xəzər Lənkəran”: Kamran Ağayev (k), Elnur Allahverdiyev, Elvin Beqiri, Adrian İordaçe, Konstantin Arbanas, Xaqani Məmmədov (Kristian Kabral, 56), Rahid Əmirquliyev, Radomir Todorov, Katalin Doman (Alim Qurbanov, 65), Uinston Parks, Stelian Stanku (Ramazan Abbasov, 81).
Baş məşqçi: Mirça Rednik.

1 "Neftçi" 11 8 2 1 25-6 26
2 "Xəzər Lənkəran" 11 7 3 1 13-5 24
3 "İnter" 11 7 1 3 9-8 22
4 AZAL 11 6 3 2 16-6 21
5 "Qarabağ" 11 5 3 3 12-7 18
6 "Qəbələ" 11 4 3 4 8-7 15
7 "Gəncə" 11 3 6 2 17-15 15
8 "Bakı" 11 3 3 5 12-15 12
9 "Muğan" 11 2 4 5 6-11 10
10 "Turan" 11 1 4 6 9-17 7
11 "Simurq" 11 1 3 7 9-19 6
12 MOİK 11 1 1 9 4-24 4

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı