Paytaxt derbisini “İnter” qazandı, “Simurq”dan ilk qələbə (YENİLƏNİB)

Paytaxt derbisini “İnter” qazandı, “Simurq”dan ilk qələbə (YENİLƏNİB)
PREMYER LİQA 24 Oktyabr 2010 / 19:54 8760
-  A +

Unibank Premyer Liqasında 10-cu turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, ənənəvi olaraq hesabat turunun oyunlarının yarısı şənbə, qalan üçü isə bazar günü oynanılıb. İlk oyun günündə liderlərin taleyinə aydınlıq gəlib. Tur Qəbələdə yerli komandayla AZAL arasında baş tutan qarşılaşmayla start götürüb. Liderlər qrupunda qərarlaşan "təyyarəçilər" əsas izləyicilərini önə buraxmamaq üçün mütləq qələbə qazanmalıydı. Lakin son turlarda 4 ardıcıl qələbə qazanan "Qəbələ"nin də asanlıqla təslim olmayacaı dəqiq idi. Kifayət qədər gərgin mübarizə şəraitində keçən duel çoxsaylı cəhdlərə rəğmən qolsuz heç-heçəylə tamamlanıb. Qəbələdəki qarşılaşma bitən kimi, Premyer Liqanın əsas liderləri - “Neftçi” ilə “Xəzər Lənkəran” meydana çıxıb. Ötən tur səfərdə qərb təmsilçiləriylə qarşılaşan bu iki komanda yenə də eyni bölgənin təmsilçiləriylə, lakin evdə üz-üzə gəlib. Paytaxt klubu ötən tur “Xəzər Lənkəran” üzərində inamlı qələbə qazanan (4:1) “Gəncə”ni, cənub təmsilçisi isə bakılıları büdrədən “Turan”ı qəbul edib. Mərkəzi arenada baş tutan qarşılaşma kifayət qədər məhsuldar alınıb. Qapılara 8 qolun vurulduğu oyunda qələbəni "ağ-qaralar" bayram edib. Lənkəranlılar isə Tovuz klubunu iki cavabsız qolla yenməyə nail olublar.

10-cu tura bu gün keçiriləcək oyunlarla yekun vurulub. Günün ilk oyununda MOİK digər autsayder "Simurq"la münasibətlərinə aydınlıq gətirib. Zaqatala klubu cari mövsüm ilk qələbəsini məhz "hərbçilər" üzərində qazanıb. Ardından "Qarabağ" səfərdə "Muğan"ın qonağı olub. Lakin tərəflərin cəhdləri hesabın açılmasına şərait yaratmayıb. Nəhayət turun mərkəzi və qapanış matçında "İnter"lə "Bakı" qarşılaşıb. Prinsipial əhəmiyyətə malik matçın taleyini 1 qol həll edib ki, Assoli "bankirlər"ə vacib 3 xal qazandırıb.

Unibank Premyer Liqası
10-cu tur
24 oktyabr (bazar)

MOİK - "Simurq" - 0:2

24 oktyabr 2010. Saat 13:00. “Şəfa” stadionu. 150 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Ramiz Əsədov, Yaşar Abbasov
Dördüncü hakim: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Əmir Zamanov
Sarı vərəqələr: Anar Qasımov, 19; Samir Babayev, 52; Vüqar Əsgərov, 77 // Elvin Yunusov, 63; Qərib İbrahimov, 66
Qırmızı vərəqə: Davud Kərimi, 89
Qollar: Mikayıl Rəhimov, 22; Baçana Sxadadze, 90 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

MOİK: Davud Kərimi, Vüqar Əsgərov, Emin Mustafayev, Emil Paşayev, Nicat Tağıyev, Anar Qasımov (Cavid Rəhimov, 70), Fərid Həşimzadə (k), Elçin Həşimov, Nuran Qurbanov (Namiq Adilov, 62), Samir Babayev, Ruslan Hüseynov (16. Nəriman Əzimov, 46).
Baş məşqçi: Ramil Əliyev.
“Simurq”: Adnan Hodziç, Paulius Paknis, Rasim Ramaldanov (k), Elvin Yunusov, Anar Həsənli, Mikayıl Rəhimov, Qərib İbrahimov, Samir Əliyev (Yasin Abbasov, 75), Baçana Sxadadze, Tofiq Mikayılov (Ramil Sayadov, 71), Əli Bağırov (Elvin Musazadə, 88).
Baş məşqçi: Qyoko Haciyevski.

"Muğan" - "Qarabağ" – 0:0

24 oktyabr 2010. Saat 15:00. Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu. 800 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, İsgəndər Əliyev
Dördüncü hakim: Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Dan Pisla, 3; Tural Axundov, 12; Ekrem Hodziç, 73 // Rəşad Sadiqov, 26
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

“Muğan”: İrfan Feyziç, Miloş Zeçeviç, Elnur Abdullayev (k), Tural Axundov, Elşən Məmmədov, Saşko Pandev (Vüsal Hüseynov, 65), Dan Pisla (Tagim Novruzov, 57), Davit Svanadze, İliya Prodanoviç, Ekrem Hodziç, Anxel Qutyerres (Fərrux İsmayılov, 90+2).
Baş məşqçi: Almir Hurtiç.
“Qarabağ”: Fərhad Vəliyev (k), Qara Qarayev, Zaur Həşimov, Rəşad Sadiqov, Elvin Məmmədov, Rauf Əliyev (Tural İsgəndərov, 90), Rəşad Kərimov (Vüqar Nadirov, 63), Admir Teli, Ansi Aqolli, Devran Ayhan, Georgi Adamiya.
Baş məşqçi: Qurban Qurbanov.

"İnter" - "Bakı" - 1:0

24 sentyabr 2010. Saat 18:00. “Şəfa” stadionu. 1500 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Munis Abdullayev
Dördüncü hakim: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
Sarı vərəqə: Cəmşid Məhərrəmov, 90
Qol: Danildo Assioli, 5
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.“İnter”

“İnter”: Dmitri Kramarenko, Danildo Assioli, Dmitri Kruqlov (Filipe Maçado, 90+3), Aleksandr Çertoqanov, Filip Despotovski, Petar Zlatinov, İlia Kandelaki, David Odikadze (Bronislav Çervenka, 68), Arif Daşdəmirov, Robertas Poşkus (k) (Girts Karlsons, 90+1), Valeri Abramidze.
Baş məşqçi: Kaxaber Sxadadze.
“Bakı”: Marko Şarliya, Stefan Barbikoni, Ernad Skuliç, Vaqif Cavadov, Adnan Barakat (Vyaçeslav Sofroni, 75), Cəmşid Məhərrəmov (k), Əziz Quliyev, İbrahim Karqbo, Junior Osvaldo (Anqulo Cefersson, 84), Aleksandar Soliç, Jaba.
Baş məşqçi: Vinfrid Şefer.

23 oktyabr (şənbə)

"Qəbələ" - AZAL - 0:0

23 oktyabr 2010. Saat 15:00. Qəbələ şəhər stadionu. 800 tamaşaçı
Baş hakim: Ceyhun Haşımov
Baş hakimin köməkçiləri: İlham Əliyev, Habil Əliyev
Dördüncü hakim: Fuad Həsənov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Nüvər Xasıyev
Sarı vərəqə: Lyuba Baranin, 14; Qoqa Beraya, 20; Razvan Tarlea, 30 // Aqil Nəbiyev, 13; Usim Nduka, 55
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

“Qəbələ”: Pavels Dorosevs, Nodar Məmmədov, Lyuba Baranin, Bruno da Silva (Abdulkader Kamara, 87), Deon Barton, Razvan Tarlea (Milan Antiç, 46), Qoqa Beraya (k), Branimir Subaşiç, Kristian Torres (Terri Kuk, 70), Saşa Yunisoğlu, Stiv Olfers.
Baş məşqçi: Toni Adams.
AZAL: Cahangir Həsənzadə, Robert Petrov, Usim Nduka, Aqil Nəbiyev (k), Viktor İbekoyi, Nuqzar Kvirtiya (Pius İkedia, 62), Zohair Benouahi, Draqan Mandiç, Elvin Əliyev, Qvidas Yuska (Vüsal Qarayev, 90), Mirko Bunyevçeviç (Samir Abdulov, 90+3).
Baş məşqçi: Nazim Süleymanov.

"Neftçi" - "Gəncə" - 6:2

23 oktyabr 2010. Saat 17:00. T.Bəhramov adına Respublika stadionu. 1000 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Aydın Ələkbərov, Elşən Acalov
Dördüncü hakim: Zahid Həşimov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Flavio Aleks Valensio, 20; Ruslan Abışov, 37 // Zura Dzamsaşvili, 24
Qırmızı vərəqə: Mətləb Məmmədov, 39
Qollar: Denis Silva, 3; Flavio Aleks Valensio, 26; Bahadır Nəsimov, 69; Emil Mpenza, 71; Cavid İmamverdiyev, 87; Araz Abdullayev, 90 // Sabir Allahquliyev, 18; Junivan Suares, 83
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“Neftçi”: Rauf Mehdiyev, Denis Silva, İqor Mitreski, Slavko Georgiyevski, Flavio Aleks Valensio (Fərid Quliyev, 78), Emil Mpenza, Cavid Hüseynov (Araz Abdullayev, 62), Bahadır Nəsimov, Ruslan Abışov (k),  Alessandro Viana da Silva, Mirhüseyn Seyidov (Cavid İmamverdiyev, 68).
Baş məşqçi: Arif Əsədov.
“Gəncə”: Еdis Kurtanoviç, Xəyal Mustafayev (Georgi Seturidze, 84), Şahin Kərimov, Azər Məmmədov (k) (Vladimir Kozlenko, 59), Mətləb Məmmədov, Samir Zərgərov, Rafael Əmirbəyov, Zura Dzamsaşvili (Armand Feutçine, 46), Ceyhun Sultanov, Sabir Allahquliyev, Junivan Suares.
Baş məşqçi: Fuad İsmayılov.

"Xəzər Lənkəran" - "Turan" - 2:0

23 oktyabr 2010. Saat 17:00. Lənkəran şəhər mərkəzi stadionu. 5000 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Elman Musayev, Coşqun Həsənov
Dördüncü hakim: Tahir Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rüfət Hüseynov
Sarı vərəqələr: Məhərrəm Müslümzadə, 71
Qollar: Uinston Parks, 7; Katalin Doman, 14
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
“Xəzər Lənkəran”: Denis Romanovs, Elvin Beqiri, Adrian İordaşe, Ruslan Poladov, Konstantin Arbanas (Allan Lalin, 70), Xaqani Məmmədov (k) (Asif Məmmədov, 65), Rahid Əmirquliyev, Radomir Todorov, Katalin Doman, Uinston Parks (Amid Hüseynov, 81), Stelian Stanku.
Baş məşqçi: Mirça Rednik.
“Turan”: Kamal Bayramov, Hüseyn İsgəndərov (Orxan İsmayılov, 80), Vurğun Hüseynov (k), Ruslan Namazov, Fərman Kərimov (Məhərrəm Müslümzadə, 19), Viktor Qonta, Şalva Pirtsxalava, Hafiz Əliyev, Rəşad Orucov, Georgi Çediya, Fərmayıl Əliyev (Azər Məmmədov, 54).
Baş məşqçi: Revaz Dzodzuaşvili.

1 "Neftçi" 10 7 2 1 23-6 23
2 "Xəzər Lənkəran" 10 6 3 1 12-5 21
3 "İnter" 10 6 1 3 8-8 19
4 AZAL 10 5 3 2 14-6 18
5 "Qarabağ" 10 5 3 2 12-6 18
6 "Qəbələ" 10 4 2 4 8-7 14
7 "Gəncə" 10 3 5 2 17-15 14
8 "Bakı" 10 3 3 4 12-13 12
9 "Muğan" 10 2 4 4 6-9 10
10 "Simurq" 10 1 3 6 9-18 6
11 MOİK 10 1 1 8 4-22 4
12 "Turan" 10 0 4 6 7-17 4

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı