“Bakı”nı yıxan Adam(iya) (YENİLƏNİB)

“Bakı”nı yıxan Adam(iya) (YENİLƏNİB)
PREMYER LİQA 20 Oktyabr 2010 / 17:49 4762
-  A +

Bu gün Unibank Premyer Liqasının 4-cü turundan təxirə salınmış oyunda “Qarabağ” “Bakı”nı qəbul edib. Qol.Az-ın məlumatına görə, əslində hər iki komanda ev oyunlarını məhz mərkəzi arenada keçirdiyindən, qonaq və meydan sahibi anlayışları nisbi xarakter daşıyırdı. Ancaq bu stadion "zolaqlılar" üçün daha doğma arena olsa da, ağdamlılar ev sahibliyindən daha səmərəli istifadə edib. Qarşılaşmanın nəticəsini isə Adamiya müəyyənləşdirib. Məhz bu futbolçu keçmiş klubuyla qarşılaşmada dubla imza ataraq, "Qarabağ"a vacib 3 xal qazandırıb. Premyer Liqada 9 turdan sonra yeganə baş tutmayan qarşılama olan “Qarabağ” – “Bakı” görüşüylə həm də bütün iştirakçı klubların keçirdikləri oyun sayı bərabərləşmiş oldu. Xatırladaq ki, bu oyun avqustun 29-da keçirilməli olsa da, həmin vaxt Ağdam klubunun Avropa Liqasındakı çıxışıyla əlaqədar PFL tərəfindən təxirə salınmışdı.
Qeyd edək ki, “Qarabağ”la “Bakı”nın bu günkü oyununu prinsipiallaşdıran əsas məqamlardan biri millimizin hücumçusu Vaqif Cavadovla bağlıydı. Axı bu futbolçu vaxtilə məhz Ağdam klubunda parlayıb, üzə çıxsa da, Hollandiya “Tvente”sindəki uğursuz legioner həyatının ardından “Bakı”nın şərəfini qorumağa üstünlük verdi.Lakin maraqlıdır ki, Vaqif keçmiş komandasına qarşı oyunda heç nəylə yadda qalmadı. Əksinə onun nəyə qadir olduğunu çox yaxşı bilən Qurban Qurbanov "Bakı"nın oyunçusunu tam zərərsizləşdirə bildi.

Unibank Premyer Liqası
4-cü turun oyunu
20 oktyabr (çərşənbə)

"Qarabağ" - "Bakı" - 2:0

20 oktyabr 2010. Saat 16:00. T.Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Aleksandr Musatkin
Dördüncü hakim: Əliyar Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr: Admir Teli, 71; Vüqar Nadirov, 84 // Anqulo Cefersson, 72; Junior Osvaldo, 80
Qollar: Georgi Adamiya, 25; 66
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“Qarabağ”: Fərhad Vəliyev (k), Qara Qarayev, Zaur Həşimov, Rəşad Sadiqov (Vüqar Nadirov, 77), Elvin Məmmədov, Emin İmaməliyev (Rəşad Kərimov, 41), Rauf Əliyev, Admir Teli, Ansi Aqolli, Devran Ayhan, Georgi Adamiya (Aslan Kərimov, 67).
Baş məşqçi: Qurban Qurbanov.
“Bakı”: Marko Şarliya, Stefan Barbikoni, Dare Nibombe (Bəxtiyar Soltanov, 52), Ernad Skuliç, Vaqif Cavadov, Adnan Barakat, Vyaçeslav Sofroni, Cəmşid Məhərrəmov (k), Fabio Luis Ramim (Mahmud Qurbanov, 86), Junior Osvaldo, Aleksandar Soliç (Anqulo Cefersson, 67).
Baş məşqçi: Vinfrid Şefer.

1 "Neftçi" 9 6 2 1 17-4 20
2 "Xəzər Lənkəran" 9 5 3 1 10-5 18
3 AZAL 9 5 2 2 14-6 17
4 "Qarabağ" 9 5 2 2 12-6 17
5 "İnter" 9 5 1 3 7-8 16
6 "Gəncə" 9 3 5 1 15-9 14
7 "Qəbələ" 9 4 1 4 8-7 13
8 "Bakı" 9 3 3 3 12-12 12
9 "Muğan" 9 2 3 4 6-9 9
10 MOİK 9 1 1 7 4-20 4
11 "Turan" 9 0 4 5 7-15 4
12 "Simurq" 9 0 3 6 7-18 3


Son xəbərlər