“Milan” “Real”la oyun öncəsi ciddi itkiylə üzləşdi

“Milan” “Real”la oyun öncəsi ciddi itkiylə üzləşdi
XƏBƏR 19 Oktyabr 2010 / 17:22 1705
-  A +

Bu gün Çempionlar Liqasının 3-cü turu çərçivəsində səfərdə Madrid “Real”ı ilə qarşılaşacaq İtaliyanın “Milan” klubu bu prinsipial qarşılaşma öncəsi ciddi itkiylə üzləşib. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Milan klubunun təcrübəli qapıçısı Abbyati sıradan çıxıb. Məlumatda bildirilir ki, onun zədəsi ciddidir və bu gün baş tutacaq matçda forma geyə bilməyəcək. Turun ən maraqla gözlənilən qarşılaşmasında “Milan”ın qapısını bu mövsüm hələki meydana çıxmamış Marko Ameliya qoruyacaq. İtaliya klubunda qapıçı Abbyati ilə yanaşı daha bir itki var. Söhbət müdafiəçi Tyaqo Silvadan gedir. “Kyevo” ilə qarşılaşmada zədələnən braziliyalı futbolçunun isə oynayıb-oynamayacağı hələ ki məlum deyil.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki