FIFA rəsmisi “Bakı”nın bazasını ziyarət etdi

FIFA rəsmisi “Bakı”nın bazasını ziyarət etdi
XƏBƏR 19 Oktyabr 2010 / 17:03 1511
-  A +

FİFA-nın işçi qrupu 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşlı qadınlar arasında dünya çempionatına hazırlıqla tanış olmaq məqsədi ilə Azərbaycana işgüzar səfər edib. Qol.Az-ın məlumatına görə, FİFA-nın gənclər arasında yarışların təşkili və keçirilməsi üzrə mütəxəssisi Oliver Vogt və AFFA nəzdində futbol akademiyasının meneceri Elnur Məmmədov “Bakı”nın da bazasına baş çəkiblər. Baza ilə tanış olan qonaqlar buradakı infastruktur, meydançalar və gənclər üçün yaradılan şəraitdən məmnun qaldığını ifadə ediblər.
Ali futbol qurumunun rəsmisi tezliklə azərbaycanlı futbolçuların böyük Avropa klublarında oynayacağını gördükdə heç də təəccüblənməyəcəyini qeyd edib. Qonağa “Bakı” futbol klubunun xatirə hədiyyəsi təqdim edilib.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq