Kristof Daum: “Qalatasaray”? Bu, çox cəlbedici təklif olar”

Kristof Daum: “Qalatasaray”? Bu, çox cəlbedici təklif olar”
XƏBƏR 19 Oktyabr 2010 / 15:43 1778
-  A +

Ötən mövsüm Türkiyənin “Fənərbaxça” klubunu çalışdırmış almaniyalı məşqçi Kristof Daum ölkəsindən olan jurnalistlərə açıqlama verib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, “Qalatasaray”la bağlı da danışıb. “Qalatasaray”dan təklif gəlsə, necə qarşılayarsınız” sualına Daum belə cavab verib: “Bu, çox cəlbedici təklif olar. “Qalatasaray” ilə münasibətim hər zaman xoş olub. Daima bir-birimizə qarşılıqlı hörmətlə yanaşmışıq. Yeni stadionunun açılması çox önəmli bir hadisədir və “Qalatasaray”a yeni bir nəfəs olacaq. Çünki “Qalatasaray” Türkiyəni Avropada həmişə layiqincə təmsil edib”.
“Fənərbaxça”dakı işləri və Türkiyəyə dönmək barədə danışan Daum bunları söyləyib: “Qəbul etmək lazımdır ki, Türkiyədə acı təcrübələrim olub. Ona görə də, oraya qayıtmaq hazırda gündəmdə deyil. Hələ də bir müddət fasiləyə ehtiyac olduğunu düşünürəm. Yaşananlar ailəmə və mənə çox acı verdi”.
Bununla yanaşı təcrübəli alman məşqçi bildirib ki, Avropanın bir sıra komandalarından da təklif alsa da, bu təklifləri geri çevirib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın