“Qarabağ” “Bakı” ilə oyuna hazırdır

XƏBƏR 19 Oktyabr 2010 / 15:32 1371
-  A +

“Qarabağ” Unibank Premyer Liqasının 4-cü turundan təxirə salınmış “Bakı” ilə sabahkl oyuna hazırdır. Qol.Az-ın məlumatına görə, bu haqda Ağdam klubunun rəsmi saytı xəbər yayıb. Məlumatda bildirilir ki, Qurban Qurbanovun komandası sabah paytaxtın eyniadlı təmsilçisini qəbul edəcək. Artıq “Qarabağ” “Bakı”yla oyunun hazırlıqlarını tamamlayaraq oyun saaatını gözləməyə başlayıb.
Bazar günü “Simurq”la qarşılaşdıqdan sonra komanda səhər tək çalışmayla kifayətlənmişdi.  Axşamdan bazaya yığışan ağdamlılar “Bakı”yla oyuna köklənib. Bu gün səhər komanda 10:30-da məşq edib. Komandada itkilərlə bağlı vəziyyət dəyişməz qalıb. Samir Abasov hələ də məşqlərə qatılmasa da, Maksim Medvedev artıq çalışmalara başlayıb. Gənc müdafiəçi səhər qaçışla kifayətlənib.
Xatırladaq ki, “Qarabağ” – “Bakı” oyunu sabah 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Son xəbərlər