Meksika millisi yeni baş məşqçisinə qovuşdu

Meksika millisi yeni baş məşqçisinə qovuşdu
XƏBƏR 19 Oktyabr 2010 / 14:58 1371
-  A +

Uzun zamandan bəri baş məşqçi axtarışlarını davam etdirən Meksika milli komandasında bu məsələ həhayət ki, öz həllini tapıb. Qol.Az-ın məlumatına görə, bu posta “Toluka” klubunun baş məşqçisi Manuel De La Torre gətirilib. DÇ-2010-dan sonra komanda ilə yollarını ayıran Xavyer Aquirreni əvəz edən 44 yaşlı məşqçi Meksika millisində işləməyin onun uşaqlıq arzusu olduğunu bildirib. Daha sonra əsas hədəflərinin DÇ-2014-də uğurlu çıxış etmək olduğunu deyən Manuel, yaxın günlərdə “Toluka”dan ayrılaraq yalnız millidə fəaliyyət göstərəcəyini də vurğulayıb.
Qeyd edək ki, baş məşqçiliyə 2006-cı ildə başlayan De La Torre qısa müddət ərzində 3 dəfə ölkə çempionu adını qazanıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı