“Qəbələ”nin futbolçusu dörd oyunluq cəzalandı

“Qəbələ”nin futbolçusu dörd oyunluq cəzalandı
XƏBƏR 19 Oktyabr 2010 / 13:18 1632
-  A +

Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri, həmçinin birinci divizion komandaları arasındakı ölkə çempionatında baş verən qanun pozuntularına da hüquqi qiymət verilib. Aparılan müzakirələr nəticəsində aşağıdakı qərarlar verilib:
Əvəzedicilərin çempionatının 9-cu turunun “Qəbələ” –  “Muğan” matçının 20-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Anar Nəzirov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Matçın 90-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Mehman Məmmədov aqressiv oyuna görə (rəqibə ayaqla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“Bakı” – MOİK matçının 80-ci dəqiqəsində “Bakı”nın futbolçusu Fariz Məmmədov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
Birinci divizionun 7-ci turunun “Şahdağ” – “Karvan” matçında “Karvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. “Abşeron” – “Energetik” matçında yanğınsöndürən maşını olmadığı üçün meydan sahibi klub 100 manat cərimə olunub. “Rəvan” – “MKT-Araz” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı