AFFA ən sərt cəzanı “Turan”a kəsdi

AFFA ən sərt cəzanı “Turan”a kəsdi
XƏBƏR 19 Oktyabr 2010 / 12:53 1488
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın məlumatına görə, aparılan müzakirələr nəticəsində Unibank Premyer Liqasının 9-cu turunun oyunlarında baş verən olaylarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Qəbələ” – “Muğan” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. “Turan” – “Neftçi” matçının 88-ci dəqiqəsində “Turan”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Qarabağ” – “Simurq” matçında “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Daha çox


Son xəbərlər