“Bursaspor” “Mançester Yunayted”lə, “Milan” “Real”la üz-üzə

“Bursaspor” “Mançester Yunayted”lə, “Milan” “Real”la üz-üzə
DÜNYA FUTBOLU 19 Oktyabr 2010 / 12:36 2268
-  A +

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti – 3-cü turunun oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında yer alan kollektivlər öz aralarındakı münasibətlərə aydınlıq gətirəcəklər.
E qrupunun favoritləri – “Bavariya” və “Roma”nı doğma meydanda asan oyunlar gözləyir. F qrupunda isə favoritlərlə autsayderlər öz aralarındakı münasibətləri ayırd etməli olacaq. İtkisiz irəliləyən qonşu Rusiya təmsilçisi “Spartak” doğma meydanda Roman Abramoviçin “Çelsi”sini qəbul edəcək. Qələbə və xal üzünə həsrət “Olimpik”lə “Jilina” isə bu həsrətlərinə Marseldə son qoymalıdır. G qrupunda isə bu turun mərkəzi qarşılaşmalarından hesab olunan “Real” – “Milan” dueli baş tutacaq. İndiyə qədər ÇL-i daha çox qazanmış klublar olan İspaniya və İtaliya təmsilçiləri bu dəfə Madriddə üz-üzə gəlməli olacaq. “Ölüm qrupu”nun digər matçında isə “Ayaks” ilə “Oser” ilk qələbəsini rəsmiləşdirməyə çalışacaq. H qrupunda da ilk iki oyununu qələbəylə başa vurmuş “Arsenal”la “Şaxtyor”un mübarizəsi böyük maraqla gözlənilir. “Braqa”yla “Partizan”ın mübarizəsi isə sonunculuqadan yaxa qurtarmaq xarakteri daşıyır.
Digər 4 qrupun oyunları isə sabah keçiriləcək. ÇL-in son qalibi “İnter” eyni xala malik olduğu “Tottenhem”i doğma divarlar arasında məğlub etməklə, vahid liderliyi ələ almaq imkanına malikdir. Azərbaycanlı futbolsevərlərin daha böyük maraq göstərdiyi qardaş Türkiyə təmsilçisi “Bursaspor” isə çətin Mançester səfərində yollanır. Qələbə və xal üzünə həsrət qalan “timsahlar”ın rəqibinin də işləri yaxşı getmir. Ancaq ingilislərin Türkiyə klublarından ötən ildən qalma qisası var ki, məhz buna görə, “Bursaspor”un işi çətin ola bilər. Axı ötən mövsüm “Beşiktaş” bu rəqibini “Old Trafford”da yenməklə, böyük sensasiyaya imza atmışdılar. Lakin bursalıların da eyni uğuru təkrarlaması istisna olunmamalıdır.

Çempionlar Liqası
Qrup mərhələsi
19 oktyabr

E qrupu

23:45. “Roma” (İtaliya) – “Bazel” (İsveçrə)
23:45. “Bavariya” (Almaniya) – ÇFR (Rumıniya)

1   "Bavariya" 2 2 0 0 4-1 6
2   "Roma" 2 1 0 1 2-3 3
3   ÇFR 2 1 0 1 3-3 3
4   "Bazel" 2 0 0 2 2-4 0

F qrupu

21:30. “Spartak” (Moskva, Rusiya) – “Çelsi” (İngiltərə)
23:45. “Olimpik” (Marsel, Fransa) – “Jilina” (Slovakiya)

1   "Çelsi" 2 2 0 0 6-1 6
2   "Spartak" 2 2 0 0 4-0 6
3   "Olimpik" M 2 0 0 2 0-3 0
4   "Jilina" 2 0 0 2 1-7 0

G qrupu

23:45. “Ayaks” (Hollandiya) – “Oser” (Fransa)
23:45. “Real” (İspaniya) – “Milan” (İtaliya)

1   "Real" 2 2 0 0 3-0 6
2   "Milan" 2 1 1 0 3-1 4
3   "Ayaks" 2 0 1 1 1-3 1
4   "Oser" 2 0 0 2 0-3 0

H qrupu

23:45. “Braqa” (Portuqaliya) – “Partizan” (Serbiya)
23:45. “Arsenal” (İngiltərə)– “Şaxtyor” (Ukrayna)

1   "Arsenal" 2 2 0 0 9-1 6
2   "Şaxtyor" 2 2 0 0 4-0 6
3   "Partizan" 2 0 0 2 1-4 0
4   "Braqa" 2 0 0 2 0-9 0

20 oktyabr

A qrupu

23:45. “İnter” (İtaliya) – “Tottenhem” (İngiltərə)
23:45. “Tvente” (Hollandiya) – “Verder” (Almaniya)

1   "İnter" 2 1 1 0 6-2 4
2   "Tottenhem" 2 1 1 0 6-3 4
3   "Tvente" 2 0 1 1 3-6 1
4   "Verder" 2 0 1 1 2-6 1

B qrupu

23:45. “Şalke” (Almaniya) – “Hapoel” (Təl-Əviv, İsrail)
23:45. “Olimpik” (Lion, Fransa) – “Benfika” (Portuqaliya)

1   "Olimpik" L 2 2 0 0 3-1 6
2   "Şalke" 2 1 0 1 2-1 3
3   "Benfika" 2 1 0 1 2-2 3
4   "Hapoel" 2 0 0 2 1-4 0

C qrupu

23:45. “Reyncers” (Şotlandiya) – “Valensiya” (İspaniya)
23:45. “Mançester Yunayted” (İngiltərə) – “Bursaspor” (Türkiyə)

1   MY 2 1 1 0 1-0 4
2   "Reyncers" 2 1 1 0 1-0 4
3   "Valensiya" 2 1 0 1 4-1 3
4   "Bursaspor" 2 0 0 2 0-5 0

D qrupu

23:45. “Panatinaikos” (Yunanıstan) – “Rubin” (Rusiya)
23:45. “Barselona” (İspaniya) – “Kopenhagen” (Danimarka)

1   "Kopenhgen" 2 2 0 0 3-0 6
2   "Barselona" 2 1 1 0 6-2 4
3   "Rubin" 2 0 1 1 1-2 1
4   "Panatinaikos" 2 0 0 2 1-7 0


Son xəbərlər