Premyer Liqanın 8-ci turunda səssiz qapanış

Premyer Liqanın 8-ci turunda səssiz qapanış
XƏBƏR 19 Oktyabr 2010 / 12:11 1595
-  A +

İngiltərə Premyer Liqasında 8-ci turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, hesabat turunnun qapanış oyununda “Blekbern” doğma meydanda “Sanderlend”lə qarşılaşıb. Artıq ilk yarının sonlarında meydan sahibləri azlıqda qalsa da, bu tərəflərin qol susqunluğunu pozmasına şərait yaratmayıb.
Xatırladaq ki, bütövlükdə hesabat turu lider “Çelsi”nin xal itkisiylə yadda qalıb. Karlo Ançelottinin komandası “Aston Villa”nın müqavimətini qıra bilməyib. Çempionluğa iddialı digər komanda – “Mançester Yunayted” də turu heç-heçəylə başa vurub. “Qırmızı şeytanlar” isə doğma “Old Trafford”da “Vest Bromviç”lə xal bölgüsünə razılaşıb. “Liverpul” turu məğlubiyyətlə başa vurarkən, “Arsenal” və “Tottenhem” və “Mançester Siti” əsas rəqiblərinin xal itkilərindən maksimum yararlanıb.

İngiltərə Premyer Liqası
8-ci tur
16 oktyabr

“Arsenal” – “Birmingem” 2:1
Qollar: Nəsri, 41-pen. Şamax, 47 – Jiqiç, 33.

“Bolton” – “Stok Siti” – 2:1
Qollar: Çun En, 22. Klasniç, 90 – Delap, 48.

“Fulhem” – “Tottenhem” – 1:2
Qollar: Kamara, 30 – Pavlyuçenko, 31. Haddlstoun, 63.

“Mançester Yunayted” – “Vest Bromviç” – 2:2
Qollar: Ernandes, 5. Nani, 25 – Evra, 50-öz qapısına,. Tçoyi, 55.

“Nyukasl” – “Viqan” – 2:2
Qollar: Ameobi, 72. Koloççini, 90 – Nzoqbiya, 22; 23.

“Vulverhempton” – “Vest Hem” – 1:1
Qollar: Çervis, 10 – Noubl, 53-pen.

“Aston Villa” – “Çelsi” – 0:0

17 oktyabr

“Everton” – “Liverpul” – 2:0
Qollar: Keyhill, 34; Arteta, 50.

“Blekpul” – “Mançester Siti” – 2:3
Qollar: Hervud, 78. Teylor-Fletçer, 90 – Teves, 67; 79. David Silva, 89.

18 oktyabr

“Blekbern” – “Sanderlend” – 0:0
Matçın 45-ci dəqiqəsində “Blekbern”in oyunçusu Samba qırmızı vərəqə ilə cəzalandırılıb.

1  "Çelsi" 8 6 1 1 23-2 19
2  MS 8 5 2 1 12-5 17
3  "Arsenal" 8 4 2 2 18-10 14
4  "Tottenhem" 8 4 2 2 10-7 14
5  MY 8 3 5 0 18-11 14
6  "Vest Bromviç" 8 3 3 2 11-14 12
7  "Aston Villa" 8 3 2 3 9-12 11
8  "Bolton" 8 2 5 1 12-12 11
9  "Stok Siti" 8 3 1 4 9-11 10
10  "Belkpul" 8 3 1 4 13-18 10
11  "Everton" 8 2 3 3 8-7 9
12  "Blekbern" 8 2 3 3 7-8 9
13  "Viqan" 8 2 3 3 6-15 9
14  "Fulhem" 8 1 6 1 9-9 9
15  "Sanderlend" 8 1 6 1 7-7 9
16  "Nyukasl" 8 2 2 4 12-12 8
17  "Birmingem" 8 1 4 3 8-12 7
18  "Vulverhempton" 8 1 3 4 8-13 6
19  "Liverpul" 8 1 3 4 7-13 6
20  "Vest Hem" 8 1 3 4 6-15 6


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki