4 qol + 10 sarı + 3 qırmızı vərəqə = 2:2

4 qol + 10 sarı + 3 qırmızı vərəqə = 2:2
XƏBƏR 19 Oktyabr 2010 / 11:43 1824
-  A +

İspaniya La Liqasında 7-ci turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, turun qapanış matçında “Vilyarreal” səfərdə cari mövsümün sürpriz komandalarından olan “Erkules”lə qarşılaşıb. Kifayət qədər maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən, nəfəsləri kəsən qarşılaşmada qalibi müəyyənləşdirmək mümkün olmayıb – 2:2.
Xatırladaq ki, hesabat turu bütövlükdə lider dəyişikliyi ilə yadda qalıb. Mövsümə əla başlayan “Valensiya” “Nou Kamp”da “Barselona”nın qapısına yol tapsa da, qələbə hesabını qoruya bilməyib və sonda məğlub olub. Kataloniyalıların bu qələbəsi isə daha çox əzəli rəqibləri “Real”ın işinə yarayıb. Səfərdə “Malaqa”nı darmadağın edən Joze Mourinyonun komandası vahid liderliyi ələ alıb.

İspaniya La Liqası
7-ci tur
16 oktyabr

“Atletiko” – “Xetafe” – 2:0
Qollar: Simao, 38. Dieqo Koşta, 73.

“Barselona” – “Valensiya” – 2:1
Qollar: İnyesta, 47. Puyol, 63 – Pablo Ernandes, 38.

“Malaqa” – “Real” – 1:4
Qollar: Stadsqord, 55 – İquayn, 30; 65. Ronaldo, 44; 50.

17 oktyabr

“Deportivo” – “Osasuna” – 0:0

“Levante” – “Real Sosyedad” – 2:1
Qollar: Del Horno, 59. Kaysedo, 65 – Sarponq, 80.

“Malyorka” – “Espanyol” – 0:1
Qol: Luis Qarsiya, 31-pen.

“Rasinq”- “Almeriya” – 1:0
Qol: Munitis, 32.

“Atletik” – “Saraqosa” – 2:1
Qollar: İraloa, 11. Lyorente, 23 – Braulio, 90+4.

“Sportinq” – “Sevilya” – 2:0
Qollar: Sanqoy, 6. Dieqo Kastro, 51.

18 oktaybr

“Erkules” – “Vilyarreal” – 2:2
Qollar: Valdes, 26. Trezeqe, 41 – Kapdevilya, 29. Valero, 63.
Matçın 44-cü dəqiqəsində “Erkules”in hücumçusu Trezeqe, 81 və 83-cü dəqiqələrində isə “Vilyarreal”dan müvafiq olaraq Valero və Musaççio qırmızı vərəqə alıb.

1  "Real" 7 5 2 0 16-3 17
2  "Vilyarreal" 7 5 1 1 14-6 16
3  "Barselona" 7 5 1 1 12-6 16
4  "Valensiya" 7 5 1 1 12-6 16
5  "Atletiko" 7 4 1 2 12-7 13
6  "Espanyol" 7 4 0 3 6-9 12
7  "Sevilya" 7 3 2 2 10-8 11
8  "Atletik" 7 3 1 3 11-10 10
9  "Xetafe" 7 3 1 3 11-10 10
10  "Erkules" 7 2 2 3 7-8 8
11  "Malyorka" 7 2 2 3 5-7 8
12  "Sportinq" 7 2 2 3 8-11 8
13  "Levante" 7 2 2 3 7-12 8
14  "Malaqa" 7 2 1 4 13-16 7
15  "Real Sosyedad" 7 2 1 4 7-11 7
16  "Rasinq" 7 2 1 4 4-8 7
17  "Almeriya" 7 1 3 3 5-6 6
18  "Osasuna" 7 1 3 3 4-6 6
19  "Deportivo" 7 0 4 3 3-11 4
20  "Saraqosa" 7 0 3 4 6-12 3

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı