Millimizin sabiq futbolçuları üçün “Sağlam” məşqçi

Millimizin sabiq futbolçuları üçün “Sağlam” məşqçi
XƏBƏR 19 Oktyabr 2010 / 11:29 1585
-  A +

Millimizin sabiq oyunçuları İlqar Qurbanovla Ernani Pereyranın şərəfini qoruduğu “Mersin İdman Yurdu”nun yeni baş məşqçisi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, Bank Asya birinci liqa təmsilçisinin rəhbərliyi son turda qeydə alınan 1:4 hesablı yenilginin ardından yollarını ayırdıqları Yüksel Yeşilovanın əvəzində baş məşqçi postuna Nurullah Sağlamı dəvət etmək qərarına gəliblər.
Artıq klub prezidenti Ali Kahramanlı da bu informasiyanı təsdiqləyib. Onun sözlərinə görə, Sağlam bu gün Mersinə gələcək və onunla rəsmi müqavilə bağlandıqdan sonra, dərhal işə başlayacaq.
Qeyd edək ki, İlqarla Ernaninin komandasının baş məşqçisi postuna Ümit Turmuş, Metin Diyadin, Erdoğan Arıca, Erhan Altın və vaxtilə “Bakı”nın sükanı arxasında çalışmış Bülənt Qorxmaz da namizəd idi. Lakin klub rəhbərliyi seçimini məhz Sağlam üzərində edib.


Son xəbərlər